"Oxu Məni"nin çəkdiyi serial 4 ildən sonra tapıldı

14.04.2012 | 74743 dəfə baxılıb

 

2008-ci ildə "Oxu Məni" media qrupunun nəzdində fəaliyyət göstərən "Serial" production "Özümü axtarıram" adlı serialın çəkilişinə başladı. "Serial" productionun ssenarisi əsasında ekranlaşdırılması planlaşdırılan eyniadlı əsərin birinci hissəsinin çəkilişləri elə ilk gündən çoxsaylı problemlərlə müşayiət olundu. Təşkilati məsələlər düzgün qurulsa da, təcrübə azlığı texniki məsələlərdə öz sözünü deyirdi. Əslində, filmin birinci hissəsi ekranda nümayiş etdirilmək üçün çəkilməmişdi. Nümunə olaraq həvəskar səkildə ekranlaşdırılmışdı ki, ssenarinin təsdiqi üçün ATV kanalına təqdim olunsun. Bu, həm də daxili imkanlar çərçivəsində "Serial" productionun ilk işi idi və bir növ kastinq xarakteri daşıyırdı. O zamanlar "Serial" sektoruna dövlət qayğısı olmadığından ATV kanalı da çəkilişlərə başlaya bilmədi. Doğrudur, 2010-2011-ci illərdə SOY production və ATV adıçəkilən əsəri yenidən ekranlaşdırmaq qərarına gəldi. Bu barədə ikitərəfli və çoxtərəfli görüşlər keçirildi. Lakin maliyyə problemlərindən iş niyyət sazişindən irəli gedə bilmədi. 2012-ci ildə "Özümü axtarıram" əsəri "Sirr" adı ilə yenidən gündəmə gəldi. Hazırda SOY production, ATV və "Serial" production yeni serialın ekranlaşdırılması üçün hazırlıqlara başlayıblar.

Yeri gəlmişkən, Türkiyənin dövlət xəbər agentliyi "Anadolu Ajansı" 11.01.2012-ci il və 27.01.2012-ci il tarixlərində "Serial" qəzeti haqda məlumat yaydıqdan sonra qardaş ölkənin aparıcı serial istehsalçıları da yerli əsərlərlə maraqlanmağa başladılar. "Oxu Məni" media qrupunun arxivində olan təxminən 600 əsərdən bir neçəsi hazırda ikitərəfli müzakirə obyektinə çevrilib.

İndi isə qayıdaq 2008-ci ildə çəkilmiş "Özümü axtarıram" serialının birinci hissəsinə. O zamanlar film həvəskar səviyyədə lentə alınsa da, tamaşa edən hər kəsin rəğbətinə səbəb oldu. Lakin aradan qısa bir müddət keçdikdən sonra film qeyri-müəyyən səbəblərdən yoxa çıxdı. Hətta kompüterlərə köçürülmüş nüsxələr də silinmişdi. Ötən dörd il ərzində biz filmin fraqmentlərini hissə-hissə əldə edərək, çətinliklə də olsa yenidən bərpa edə bildik. Əziz oxucular və tamaşaçılar, xahiş edirik bu filmi əvvəldən axıra qədər izləyin və rəylərinizi bildirin. Çünki əsərin və "Serial" productionun gələcək fəaliyyəti sizin fikirlərinizdən və rəylərinizdən asılıdır.

O.M.

 

Mənbə: oxumeni.az
Çox baxılan videolar
Son xəbərlər

18.10.2017

17.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az