"Hər şeyi Allah da gördü, elə dövlət başçısı da..." – Turan İbrahimov yazır

Şəffaf – yəni, hadisələri olduğu kimi, tərəfsiz, qərəzsiz vermək, namusla, qeyrətlə, kişi kimi yanaşmaq, hər şeyin mərkəzində insan taleləri faktorunu nəzərə almaqla xəbərçilik etmək, normal media olmaq lazımdır. Elektron mediadan danışırıqsa, bizdə bərbad olan media. Yuxarıda sadaladıqlarıma qətiyyən uyğun gəlməyən media. Təbii ki, 4-5 agentlik və saytları çıxmaq şərtilə.

Bu gün xüsusilə, Azərbaycan mediasının yalnız və yalnız bircə qırmızı cizgisi olmalıdır: Dövlət və ictimai maraqlar. Yerdə qalan hər şey isə obyektiv işıqlandırılmalıdır. İctimai rəy saat kimi işləməlidir. Dövlət və ictimai maraqlar qorunmaqla hər kəsin “ifşa olunaram” qorxusu olmalıdır. Bu belə olarsa, hər baxımdan ölkədə işlər normal gedər. İndi məlum şəxslərin, məlum məhkəmə proseslərindəki milyonluq oğurluqlarından bəhs edən epizodlar da ciddi şəkildə azalar.

Dövlət başçısı mətbuatımızın 142 illiyi münasibətilə mənzil hədiyyə edilən bir qrup jurnalistlə görüşündə də çox həssas məqamlara toxundu. Dövlət və ictimai maraqların sərhəddini cızdı. Və bir də çox sadə, həm də ideal bir ifadə işlətdi: “Jurnalistlər mənim köməkçilərimdir”. Bəli, ictimai rəy işlək olanda dövləti idarə etmək də asan və effektiv olur...

Bəs bizdə ictimai rəy işləkdirmi? Ancaq və ancaq bəzi hallarda, konkret məqamlarda. Baş vermiş hadisələr sosial şəbəkələrdə şişəndə, cəmiyyətdə etiraz doğuranda. Proses təbii inkişaf edib elektron medianı da idarə edəndə. Yerdə qalan hallarda bütün gündəm sünidir, idarə olunur və nomenklatura təfəkükrlü adamların geridə qalmış yanaşmaları ilə əslində nəticə etibarilə dövlət və cəmiyyət maraqlarına zidd işləyir. Təbii ki, istisnalarla...

Bəs kimin maraqlarına uyğun işləyir?

Hansısa məmurların, qrupların. Elektron mediamız iqtisadi əsaslarla, bazar münasibətlərilə, reytinqə görə maliyyələşmir. Necə maliyyələşir bunu hamımız – jurnalistlər bilirik. Bu isə normal deyil. Təbii ki, bu məqamda strateji media resurslarını  kənara qoyuram. Bu şərtlərlə necə azad, yalnız dövlət və ictimai maraqlar üçün çalışan media mövcud ola bilər? Heç cür!

Ancaq məmur-məmur oynayan. Gizli reketlik edən, real işlək ictimai rəyə obyektiv xidmət etməyən media ola bilər. (Düzdür, reketləri tuturlar, amma ən gizlinlərini isə bəsləyib böyüdürlər. Hər gün elektron medianı izləyəndə görürük). Yenə deyirəm, dövlətin, xalqın, cəmiyyətin maraqlarını qorumaq şərtilə hamının “kirli alt paltarlarını” ortaya çıxaran media olan yerdə MTN işi, Rabitə işi, büdcəni talayan məmurlar, bankçılıqdan başqa hər işi görən banklar, satelit iş adamları olmaz, ola bilməzdi...

Bu gün yeni bir yanaşma lazımdır. Elektron medianı idarə edəcək təmiz, vicdanlı, rəqabət ruhuna sahib, fikri-zikri ancaq xəbərçilik olan, dezinformasiya yaymayan, pulunu aldığı məmurun xeyrinə onu-bunu vurmayan, ondan-bundan pul qopartmaq üçün reketlik etmədən işləyən media rəhbərləri lazımdır. (Qısa xatırlatma: “ATV SƏHƏR” mövsümü bir ay tez bitirdi. Haqqımızda çoxlu axmaqca yazılar, fikirlər çıxdı... Niyə bağladılar versiyaları atıldı ortaya. Ay icralara görə, ay “arif”lərə görə və s. İndi isə mənə icraları ifşa etdiyimə görə, konkret Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevi tənqid etdiyimə görə karyerası bitdi deyənlər özləri yerli-yersiz həmin şəxsdən yazırlar. Nədir? Pul lazımdır?). Deməli hazırki media sistemi və ya KİV idarəetmə mexanizmini, adı nədirsə bax onu kökündən dəyişmək lazımdır. Bəli, kökündən. Kök isə maliyyələşmə ilə bağlıdır. Normal iqtisadi əsaslarla rəqabət mühitində, əsasən reklam xarakterli gəlirlərlə maliyyələşən elektron media formalaşdırmaq lazımdır. Əmin olun ki, hal-hazırki reklam bazarı nə qədər kiçik olsa belə, normal şərtlərlə əsas elektron media resurslarının ayaqda qalması üçün yetərli olar. Digərləri isə ələkdən keçərək, bu sektoru informasiya zibilliyinə çevirməkdən məhrum olarlar.

P.S.

Ev alan bütün jurnalistləri ürəkdən təbrik edirəm. Sağlıqlarına qismət. Xidmətlərinə görə verilibsə əla, staja görə verilibsə o da əla, ehtiyaca görə verilibsə lap əla. Amma elan edilmişdi ki, ancaq və ancaq ehtiyac, üstəgəl staj kriteriya götürüləcək. Uzatmaq istəmirəm. Mən inanclı biriyəm. İnanıram ki, hər şeyi Allah da gördü, elə dövlət başçısı da..

TURAN iBRAHİMOV

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2017

18.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az