Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

Oxuməni.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K. Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az