Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəssarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Mediainfo.az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Report-a deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

“Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.

Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az