
Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
Ermənistanın Kotayk vilayətində sərxoş sürücü altı hərbçini vurub.
Mediainfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Aramus kəndində baş verib.
Olay zamanı iki nəfər yerindəcə ölüb. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.
Məlumata görə, sürücü hadisə yerindən qaçıb.
Buna baxmayaraq qəzanın günahkarı tapılaraq, nəzarətə alınıb. Bu, 34 yaşlı bölgə sakini Karen Mikaelyandır. Qəza zamanı onun sərxoş olduğu ortaya çıxıb.