
Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
Sevastopolda Rusiya vətəndaşı Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Mediainfo.az xəbər verir ki, bu məlumatı FTX-nın mətbuat xidməti yayıb. Məlumata görə, saxlanılan şəxs Ukrayna hərbi kəşfiyyatı üçün Qara dəniz donanması haqqında məxfi məlumatlar toplayırmış.
Ona qarşı “dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.
Bu arada isə məlum olub ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Krıma gedib. Məlumata görə, Şoyqu Cənub Hərbi Dairəsi və Hərbi Desant Qüvvələrinin təliminin əsas mərhələsini izləyəcək.
Qeyd edək ki, bundan öncə Rusiyanın bütün hərbi dairələrində döyüş fəaliyyətinin yoxlanılmasına start verilib.