Türkiyənin Hakkari vilayətinin İranla sərhəddə yerləşən Yüksəkova şəhərinin ərazisində mina axtaran türkiyəli istehkamçılar raket hücumuna məruz qalıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilib.
PKK terror qruplaşması bölgədə beton divar tikintisində işləyən şəxslərin təhlükəsizliyini təmin edən METİ (Mina, əldəqayırma partlayıcıların təsbiti və məvhi dəstəsi) əməkdaşlarını raket atəşinə tutub. Buna cavab olaraq ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.
Qeyd edək ki, hazırda Türkiyə İranla sərhədində beton divar çəkir. Məqsəd terrorçuların, qaçaqmalçıların və qanunsuz miqrantların Türkiyə ərazisinə keçməsinin qarşısını almaqdır. Divarın hündürlüyü 3 metr, eni 30 sm-dir.