Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natavanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.
Oxuməni.az xəbər verir ki, fotoqraf bu barədə öz İnstaqram səhifəsində məlumat yayıb.
O qeyd edib ki, məşhur şairə 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.
R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, X.Natəvan Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib.
Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edib.
"Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm", - Reza Deqati qeyd edib.
Dünyaca məşhur fotoqraf qarşılaşdığı hazırkı vəziyyətdən dərin sarsıntı keçirdiyini də gizlətməyib.
Oxuməni.az