Avstraliyalı alimlər qəhvə içməklə qaraciyər xərçəngindən ölüm hallarının azalmasını arasında əlaqədən danışıb: hər kəs gündə ən azı iki stəkan qəhvə içsəydi, dünyada qaraciyər xəstəliklərindən ölüm halları yüz minlərlə dəfə az olardı.
"Medical Xpress"in məlumatına görə, tədqiqatçılar gündə iki-üç fincan qəhvə içmənin qaraciyər xərçəngi riskini 38%, xəstəlikdən ölmək riskini 46% azalda biləcəyini müəyyənləşdiriblər. Əgər adam gündə dörd fincan və daha çox qəhvə içirsə, xəstələnmə riskinin 41%, ölüm riskinin isə 71% azaldığı bildirilir.
Elm adamları 2016-cı il üçün qaraciyər xərçənginə dair statistikanı araşdırıblar. O vaxt 1,2 milyondan çox insan bu xəstəlikdən ölüb. Daha sonra bu məlumatlar qəhvə istehlakına dair statistika ilə müqayisə edilib. Tədqiqatçılar gündə iki fincan qəhvənin 452 861 nəfərin həyatını xilas edə biləcəyi bir model yaradıblar. İnsanlar dörd stəkan içsəydi, qaraciyər xərçəngindən ölüm halı 723 287 nəfər az olacaqdı.
Oxuməni.az