"Azərbaycanla dövlət sərhədində atəşkəsin pozması, Ermənistanın Tovuz hadisələri zamanı törətdiyi təxribatların kiçik miqyaslı modelidir"

"Azərbaycanla dövlət sərhədində atəşkəsin pozması, Ermənistanın Tovuz hadisələri zamanı törətdiyi təxribatların kiçik miqyaslı modelidir"

Tovuz döyüşləri Azərbaycan Əsgərinin real imkanlrını, onu qələbə ruhunu və vətənpərvərliyini bir daha nümayiş etdirdi

2020-ci ilin bu günündə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfinin təxrabatları nəticəsində döyüş əməliyyatları başladı. Miqyasına görə 2016-cı ilin Aprel Müharibəsindən sonra ən irimiqyaslı əməliyyatlar kimi dəyərləndirilən və Tovuz döyeşləri adlandırılan əməliyyatlar günorta saatlarında başladı. Ermənistan silahlı qüvvələri fasiləsiz olaraq Tovuz ərtafındakı mövqelərimizi, şəhərin özünü, onun dinc sakinlərini atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutmağa başladı. Düşmən təxribatlarına qətiyyətlə cavab verən Silahlı Qüvvələrimiz işğalçı ordunun mövqelərinə və dayaq məntəqələrinə dəqiq atəş zərbələri endirməklə onun döyüş texnikalarını və canlı qüvvəsini zərərsizləşdirdi. Döyüşlər Azərbaycan Ordusu istənilən gözlənilməz hücumun qarşısını almaqda çətinlik çəkmədiyini nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə igid oğullarımız Vətən torpağının azadlığı yolunda canlarını qurban verdilər, lakin mənfur düşmənin ayağının torpaqlarımıza toxunmasına razı olmadılar.

Tovuz döyüşləri Azərbaycan Əsgərinin real imkanlrını, onu qələbə ruhunu və vətənpərvərliyini bir daha nümayiş etdirdi. Bir daha əmin olduq ki, 28 il davam edən sülh danışıqlar prosesi nəinki Ermənistanı dayandıra bilmir, əksinə bu uzun və mənasız proses işğalçı ölkəni hər gün yeni təxribatlar törətməyə daha da cəsarətləndirir.

Tovuz təxribatlarına cavab olaraq Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar 44 günlük Vətən müharibəsinə gedən yolda mühüm əhəmiyyət daşıdı. Əməliyyatlarda ilk dəfə general rütbəli hərbçimiz Polad Həşimovun düşmən atəşi ilə şəhid olması, xalqımızın tükənmiş səbr kasasını daşırdı. On minlərlə vətəndaşımız düşmənə qarşı əməliyyatlarda iştirak etmək üçün səfərbərlik şöbələrində növbəyə düzüldü. Böyük Qələbəyə aparan yolun əsasını məhz Tovuz döyüşləri qoydu. Belə bir gərgin vəziyyətdə Ermənistanın ordusunun atəşkəsi davamlı olaraq pozulması, ərazilərimizə diversiya qrupları göndərməsi, atəşi Qarabağ zonasına köçürməklə növbəti hücumlara cəhd etməsi və s. sonunda Ermənistan ordusunun darmadağını ilə nəticələndi. Tovuz hadisələrindən 1 il, Vətən Müharibəsindən 8 ay sonra Ermənistan ordusunun qalan tör töküntüləri havadarlarının dəstəyi ilə yenə də zaman zaman atəşkəsi pozur, Azərbaycan hərbçilərini hədəf alır. İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutması, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlunun yaralanması, birmənalı olaraq Ermənistanın münaqişəni yenidən alovlandırılmasına cəhdi kimi dəyərləndiririlir. İşğalçı ölkənin və sülhməramlı kontingentin rəhbərliyi baş verən hadisə ilə bağlı nə sağlam məntiqə uyğun açıqlama verib, nə də adekvat addımlar atıb. Bu isə onsuz da gərgin oan vəziyyətin alovlanmasına gətirib çıxara bilər.

Bu hadisədən bir gün qabaq isə Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla dövlət sərhədində atəşkəsin pozulması, hadisə barədə verdiyi yalnış açıqlama, erməni tərəfinin əvvəllər Tovuz hadisələri zamanı törətdiyi təxribatların kiçik miqyaslı modeli kimi qəbul edilməlidir. Bu isə işğalçı ordunun güc və imkan baxımından anlaşılandır. Düşünmürəm ki, Tovuz döyüşləri zamanında olduğu kimi, bu təxribatlar cavabsız qalacaq. İstənilən halda Ermənistanın bu fəaliyyətləri məqsədyönlüdür. Hərbçimizin yaralanması ilə nəticələnən hadisə, Ermənistanın münaqişəni yenidən alovlandırılması məqsədilə atılan təxribatçı addımdır. Görünən odur ki, erməni hərbi-siyasi rəhbərliyi Tovuz döyüşlərində və Vətən Müharibəsində olduğu kimi, növbəti sarsıdıcı zərbə almaq üçün hələ də əllərindən gələni edirlər. Ermənistan ordusu bərbad bir vəziyyətdə olduğu halda atəşkəsi pozmağa cürət edirsə, deməli onları bu təxribatlara sövq edənlər var. Bu gün Azərbaycan Ordusu və xalqı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Hər bir vətəndaşımız hələ də erməni silahlılarının açdığı atəşlə axıdılan nahaq qanların qisasının alınması üçün yüksək əhval-ruhiyyə ilə döyüşməyə hazırdır. Son bir ilin hadisələri bu cümlələrə şübhə yeri qoymur, yox əgər kiminsə şübhəsi varsa, o zaman səbr kasamızı daşırmağa davam etsinlər.

Ədalət Verdiyev, hərbi ekspert

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az