ABŞ Bakıda anadan olan Afrikanın ən zəngin qadınının ölkəyə girişinə qadağa qoyub

ABŞ Bakıda anadan olan Afrikanın ən zəngin qadınının ölkəyə girişinə qadağa qoyub

ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda anadan olan qızı İzabel Duş Santuşun korrupsiya hüquqpozmalarında iştirakına görə ölkəyə girişinə qadağa qoyub.

Mediainfo.az xəbər verir ki, öz növbəsində Forbes 2021-ci ilin əvvəlində onu Afrikanın ən zəngin insanları siyahısından çıxarıb.

Qurumdan verilən məlumata görə, duş Santuş dövlət əmlakını şəxsi məqsədlər üçün mənimsəyib, korrupsiya və talançılıqla məşğul olub. Bu tədbirlər çərçivəsində ABŞ korrupsiyaya uğrayan xarici ölkələrin vəzifəli şəxslərinin ölkəyə girişinə qadağa qoymaq hüququna malikdir.

Duş Santuş 1979-cu ildən 2017-ci ilə qədər Anqolanın prezidenti olmuş Joze Eduard Duş Santuşun qızıdır. O, 1973-cü ildə keçmiş SSRİ-də, Bakıda, atası orada təhsil alanda anadan olub.

2013-cü ildə Forbes Duş Santuşun Afrikanın ən zəngin qadını olduğunu qeyd edərək, onun srvətini 3,5 milyard.dollar həcmində qiymətləndirib, 2020-ci ilin ortalarında nəşrin məlumatına görə, İzabelin sərvəti 1,4 milyard. dollara düşüb. 2021-ci ilin yanvarında isə jurnal onu qitənin ən zəngin insanlarının reytinqindən kənarlaşdırıb. Buna səbəb 2019 və 2020-ci illərdə İzabel duş Santuşa qarşı cinayət işləri çərçivəsində Anqola və Portuqaliyadakı aktivlərinin dondurulması olub..

Duş Santuş atasının hakimiyyəti dövründə Unitel mobil telefon istehsalı firmasında 25% - ə malik idi . O həmçinin bir neçə bankın sahibi və Anqola Sonangol Dövlət Neft Şirkətinin sədri olub. 2017-ci ildə Prezident Joau Lourensin hakimiyyətə gəlməsindən sonra Anqolada korrupsiyaya qarşı mübarizə başlayıb. Nəticədə korrupsiya əməllərinə görə, İzabel duş Santuşa qarşı cinayət işi başladılıb.

Dövlət Departamentinin dekabrın 9-da beynəlxalq korrupsiya ilə Mübarizə Günündə dərc etdiyi sanksiya siyahısında Ukraynanın Konstitusiya Məhkəməsinin sabiq rəhbəri Aleksandr Tupitski və onun həyat yoldaşı Olqanın da adı var. Tupitski ciddi korrupsiya əməllərinə yol verməkdə və Ukrayna məhkəmə sistemində çalışdığı zaman rüşvət almaqda günahlandırılır.

Emin Axund

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az