"Mən qarşımda adamların parça-parça olduğunu görürdüm, bölməmizin böyük hissəsi məhv olub, bu, cəhənnəm idi..."
"Rusiya Ukraynanın hücumlarının qarşısını almaq üçün öz vətəndaşlarını "top yemi"nə çevirməyə hazırdır..."
Rusiyalı cağırışçı cəbhədə ukraynalılarla ölümcül toqquşmadan danışıb...
Rusiyalı hərbi qulluqçu Aleksey Aqafonov Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində cəbhədə səfərbər olunan 570 nəfərdən 130 nəfərinin sağ qaldığı "ən ölümcül hadisə"dən danışıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti yazıb.
"Aqafonov oktyabrın 16-da Rusiyanının cəbub-qərbində yerləşən Voronej şəhərində digər 570 nəfər çağırışçı ilə birlikdə Vladimir Putinin ümummilli səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılıb.
Noyabrın 1-də yeni əsgərlərin taborunun tərkibində Aleksey Aqafonov Luqansk vilayətinə gəlib. Bir neçə saatdan sonra onun bölməsinə bellər paylanıb və səngər qazmaq əmr edilib.
Əsgərlər bütün gecəni səngər qazıb. Bellər çatışmadığından növbə ilə qazıblar. Səhərə yaxın qəflətən işlər dayanıb, Uktayna artilleriyası səmanı işıqlandırıb və Aqafonovun bölməsinin üzərinə mərmilər yağıb", - nəşr yazıb.
"Əvvəlcə üzərimizdən pilotsuz uçuş aparat uçub gedib. Bundan sonra onların artilleriyası dayanmadan bizi atəşlərə məruz qoyub. Mən qarşımda adamların parça-parça olduğunu görürdüm, bölməmizin böyük hissəsi məhv olub. Bu, cəhənnəm idi", - Aqafonov bölüşüb və əlavə edib ki, onun bölməsinin komandirləri atəşlərdən öncə onları tərk edib.
UDQ-nin hücumları bitəndən sonra Aqafonov 10 nəfər əsgərlən birlikdə Rusiyanın nəzarətində olan yaxınlıqdakı Svatovo şəhərinə qaçıb. Orada uçuq köhnə binada gizlənib və digər səfərbər olunanlarla əlaqə yaratmağa cəhd edib.
"Aqafonovun dəyərləndirməsinə görə, Ukrayna hücumundan sonra 570 nəfərdən yalnız 130 çağırışçı sağ qalıb. Bu, Putinin "qismən səfərbərliyi" çərçivəsində səfərbər edilən çağırışçıların iştirakı ilə baş verən bütün məlum insidentlərdən ən ölümcülü olub", - qəzet yazır.
"Sağ qalanların çoxu baş verənlərdən sonra ağıllarını itirib. Heç kim cəbhəyə qayıtmaq istəmir", - Aqafonov əlavə edib.
Aqafonovun məlumatlarını yoxlamaq üçün "Guardian"ın müxbirləri başqa rusiyalı əsgərlə, həmçinin sağ qalan əsgərlərin iki qohumu ilə əlaqə saxlayıb. Onlar da eyni ifadələr verib.
."Biz tamamilə əldən düşmüşdük, nə edəcəyimizi bilmirdik. Yüzlərlə adam həlak olub", - səfərbər edilən və anonim qalmaq istəyən əsgər deyib. "İki həftəlik təlimlə buna hazır olmaq mümkün deyil", - o, əlavə edib.
Jurnalistlər üçüncü əsgər Nikolay Voronindən iqtibas gətirib, o, "Vyorstka" nəşrinə danışıb: "Çoxlu meyit vardı, hər yərə səpələnmişdi...Onların əlləri və ayaqları qırılmışdı. Səngər qazdığımız bellər indi ölüləri üçün istifadə edilir".
Qeyd edilir ki, baş verənlər səfərbər edilənlərin doğmaları tərəfindən etirazla qarşılanıb və rusiyalı çağırışçıları ölümə göndərilmələrindən narazılıq və şikayət doğurub.
"İlk gündəcə onlar çağırışçıları ön cəbhəyə göndərib. Komandanlıq döyüş meydanını tərk edərək qaçıb", - bunu səfərbər edilən və taleyi məlum olmayan əsgərin həyat yoldaşı İnna Voronina deyib.
"Bizə telefonda deyirlər ki, oğullarınız sağ-salamatdır və hətta öz hərbi borcunu yerinə yetirir. Lənət şeytana, onların hamısı qətlə yetirilib, necə sağ-salamat ola bilər ki?", - bunu digər rusiyalı hərbçinin anası deyib.
Səfərbər edilənlərin və onların qohumlarının dediklərinə əsaslanaraq, britaniyalı jurnalistlər bu nəticəyə gəlib ki, Rusiya USQ-nin hücumunun qarşısını almaq üçün öz vətəndaşlarını ön cəbhəyə "top yemi"nə çevirməyə hazırdır və getdikcə daha çox səfərbər edilənlər evlərinə tabutlarda dönür.
Bu ərəfədə isə Amerikanın müharibəni öyrənən İnstitutunun analitikləri məlumat verib ki, Donetsk vilayətində Rusiya qoşunlarının vəziyyəti "dəhşətlidir".
Belə ki, Sakit okean donanmasının 155-ci dəniz piydalarının sözlərinə görə, onları USQ atəşləri altına ölümə atıblar.