Nardaranda sürətli inkişaf gedir

Nardaranda sürətli inkişaf gedir

Hələ 14 mart 1994-cü ildə Ulu Öndər Heydər Əliyev Ramazan bayramı ərəfəsində Nardaran gəncləri ilə görüşdə demişdir:


"Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən sizi - gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram. Arzu edirəm ki, gələn Ramazan bayramını qələbədən sonra qeyd edək".


Nardaran haqqında yazımıza Ulu Öndərdən gətirdiyimiz sitatla başlamağımız heç də təsadüfi deyil. Belə ki, Ulu Öndərin arzuları həyata keçib və torpaqlarımız işğaldan azad edilib. Təbii ki, torpaqlarımızın azad edilməsində gənclərimiz böyük qəhrəmanlıqlar və şücaətlər göstəriblər. Heydər Əliyevin ən böyük istəyi müstəqilliyimizi qorumaq, güclü və qüdrətli dövlət quruculuğunu həyata keçirmək idi. Onun qurmaq, yaratmaq kimi müqəddəs amalı vardı. Ulu Öndərin arzuları davamçısı, siyasi və mənəvi varisi İlham Əliyev tərəfindən bu gün də həyata keçirilməkdədir. Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun təzələnməsi, qəsəbədəki sosial problemlərin həllinə dair sərəncamı sürətlə icra edilir.


Uzun müddətdir ki, Nardaranda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Əvvəllər el arasında qapalı kənd kimi tanınan Nardaran yep-yeni bir görkəm alıb. Hər yerdə aparılan tikinti-quruculuq işləri insanı heyrətə gətirir. Son illərdə kənddə dövlət qurumlarının xüsusi şöbələri, müasir inzibati binalar, uşaq bağçası, məktəb, tibb məntəqəsi və digər sosial-kommunal obyektlər inşa edilib. Bütün küçələrə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənib. Bu yollara isə piyada səkiləri xüsusi gözəllik qatır. Sakinlərlə apardığımız söhbət zamanı məlum oldu ki, ümumiyyətlə qaz, işıq, rabitə və kanalizasiya çəkilişi sıfırdan qurulub. Xüsusi olaraq onu da qeyd edək ki, qəsəbədə asayişin qorunması məqsədi ilə 42-ci polis bölməsi yaradılmışdır. Sakinlərin sözlərinə görə hal-hazırda bölmə əməkdaşları vətəndaşların hüquqlarının qorunmasında yüksək peşəkarlıq nümayiş etdirirlər.

Sakinlər onu da qeyd edirlər ki, polis bölməsinin rəisi şəxsən vətəndaşlarla vaxtaşırı görüşür, onların problem və şikayətləri ilə maraqlanır və həllini operativ şəkildə həyata keçirir. Əvvəlki illərdə yerli sakinlərin bəziləri müxtəlif dini-radikal qurumların təsiri altına düşsələr də, hal-hazırda polisin onlarla profilaktik-maarifləndirici görüşlərin tez-tez keçirilməsinin nəticəsi olaraq artıq bu cür mənfi hallar tam şəkildə aradan qaldırılıb. Nardaranlılar qəsəbədə insan hüquqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi, qanunların aliliyinin həyata keçirilməsində xidmətlərinə görə Daxili İşlər Naziri Vilayət Eyvazova xüsusi razılıqlarını bildiridlər.

Qəsəbədə gənclər üçün Bilik Evi inşa edilib. Vaxtaşırı burada kütləvi elmi tədbirlər keçirilir. Mədəni və musiqili tədbirlərin, tamaşaların keçirilməsi üçün yeni mədəniyyət evi tikilmişdir. Bundan əlavə yaşlı əhali də unudulmayıb. Onların boş vaxtlarını səmərəli keçirməsi üçün Ağsaqqallar Evi istifadəyə verilib. Əlavə olaraq əhalinin təhlükəsizliyinin qorunması üçün Dövlət Təhlükəsizlik Komitəsinin (DTX) Nardaran şöbəsi inşa edilib. Qəsəbədə qadınların işlə təmin olunması məqsədi ilə "Azərxalça" ASC-nin Nardaran filialı yaradılmışdır.


Buna paralel olaraq uşaqların və gənclərin vaxtlarını səmərəli keçirməsi üçün parklarda sivil tələblərə cavab verən şərait mövcuddur. Eyni zamanda turistlərin və qonaqların vaxtlarını səmərəli keçirməsi üçün "Nardaran" Tarix Mədəniyyət Qoruğu da fəaliyyət göstərir.
Yerli sakinlər bizə bildirdilər ki, qəsəbədə yaradılan sağlam mühitə, geniş abadlıq-quruculuq işlərinin aparılmasına, yeni iş yerlərinin açılmasına, uşaqların və gənclərin daha müasir şəraitdə təhsil almasının diqqət mərkəzində saxlanılmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq edirlər.
Bizim də müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, əvvəlki illərlə müqayisədə Nardaran sakinləri dövlətçiliyimizi daha çox dəstəkləyirlər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az