Bərdədə 27 yaşlı gəlin kirvənin oğlu ilə cinsi əlaqədə oldu, anasını öldürdü – Şok təfərrüat

Bərdədə 27 yaşlı gəlin kirvənin oğlu ilə cinsi əlaqədə oldu, anasını öldürdü – Şok təfərrüat

Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Leyla 1984-cü il təvəllüdlü həmkəndlisi Sevili (adlar şərti verilib – red.) güllələyərək öldürüb.

Mediainfo.az-ın teleqraf.com-a istinadən verdiyi xəbərə görə, hadisə Bərdə rayonunda 2020-ci ilin noyabrın 10-da baş verib.

İstintaq orqanı tərəfindən Leylanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Leyla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ildə xalası oğlu Rasimlə ailə qurub və həmin nikahdan Səid adlı övladı dünyaya gəlib:

“Rasimlə öz razılığım əsasında könüllü şəkildə qaçmışam. Sonra onunla rəsmi şəkildə nikaha daxil olmuşam. Təxminən iki-üç il əvvəl ərim içkiyə qurşandığından və tez-tez qumar oynadığından münasibətlərimiz pisləşdi. Bu səbəbdən ərimdən boşanmaq qərarına gəldim”.

“Atam məni tanımadığm şəxsə ərə vermək istədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, ərindən boşanması üçün Bərdə rayon məhkəməsinə müraciət edib:

“Ərimdən boşandıqdan sonra Bakıda Sabunçu rayonu ərazisində yerləşən evdə atam-anamla birlikdə yaşamağa başladıq. Hadisədən təxminən doqquz ay əvvəl atam məni öz razılığım olmadan zorla tanımadığım, avtomobil təmiri ilə məşğul olmasını bildiyim bir nəfərlə evləndirmək istədi. Ancaq bu münasibətə razı olmadığıma görə valideynlərimə xəbər vermədən Bərdə rayonunda yaşayan əmim oğlu Elmarla əlaqə saxladım. Ona Bərdəyə gəlmək istədiyimi dedim. Elmar məni Bakı şəhərində yerləşən Beynəlxalq Avtovağzalda tanımadığım avtobus sürücüsü ilə əlaqələndirdi, Bərdə rayonuna gəlməyimi təmin etdi”.

Leyla qeyd edib ki, o, Bərdəyə gələndə azyaşlı oğlu Bakı şəhərində qalıb: “Yol pulum olmadığından Bərdə rayonuna Elmarın vasitəçiliyi ilə gəldim, əmim oğlu məni avtomobili ilə qarşılayaraq evə apardı. Əmim Adil mobil telefon vasitəsilə atama zəng etdi, mənim artıq öz evlərində olduğumu və narahat olmamalarını bildirdi”.

“Atamın sözünə əməl etdim”

Leyla bildirib ki, təxminən bir aydan az müddətdə əmisi və əmisinin ailəsi ilə birlikdə yaşayıb:

“Günlərin birində atam kirvə kimi qohum olduğumuz Sadiqə zəng edərək, məni əmimin evindən aparmasını xahiş etdi. Ancaq mən özüm Sadiqin yaşadığı evdə qalmaq istəmədim. Buna səbəb özümü əmimin evində daha rahat hiss etməyim idi.

Bununla belə atamın sözünə əməl edərək Sadiqin ailəsi ilə birlikdə yaşadığı evə köçdüm. Hadisə baş verən günədək həmin evdə qaldım”.

“Heç bir düşmənçiliyim olmayıb”

Leylanın sözlərinə görə, Sadiqin ailəsi özündən, arvadı Sevildən və oğlanları – Rafiq və Sahibdən ibarət olub: “Həmin vaxtdan etibarən Sadiqin ailəsində oğlumla birlikdə yaşamağa başladım.

Sadiqin evində qaldığım təxminən doqquz aylıq müddət ərzində nə Sadiqin özü, nə də ailə üzvləri ilə aramda heç bir düşmənçilik olmayıb. Daim Sadiqin özünə və ailə üzvlərinə hörmətlə yanaşmışam. Həmin evdə özümü onların ailə üzvü kimi hiss etmişəm”.

“Verdiyi sözə əməl etmədi”

Leyla qeyd edib ki, təxminən hadisədən beş ay əvvəl Sadiq və Sevil evdə olmayan vaxt Sahib onunla istəmədiyi halda yaxın münasibətdə olub: “Sonradan bu hal 2-3 dəfə təkrarlandı. Bu barədə Sahibin valideynlərinə danışmaq istəsəm də, Sahib mənə mane olaraq bu barədə valideynlərinə heç bir söz deməməyimi istədi, valideynləri ilə özünün danışacağını söylədi.

Amma Sahib verdiyi vədə əməl etmədi, mənimlə cinsi əlaqədə olması ilə bağlı valideynlərinə heç bir söz demədi”.

“Mənim şər atdığımı söylədi”

Leyla deyib ki, Sahib müharibə ilə bağlı səfərbərliyə yollandıqdan sonra bir neçə dəfə onunla yaxın münasibətdə olması barədə həm özünün, həm də Sahibin valideynləri ilə danışmaq qərarına gəlib.

“Nəhayət, təxminən hadisədən 3-4 gün əvvəl bu barədə Sahibin anası Sevilə məlumat verdim. Həmin vaxt bizim yanımızda müharibə ilə əlaqədar Sadiqin evində müvəqqəti yaşayan Jalə adlı qız, Jalənin Rəfiqə adlı, “Çömü” deyə çağırdıqları bacısı və Sevilin adını xatırlamadığım bibisi də olub.

Bu barədə ilk dəfə Sevilə məlumat verəndə mənə belə bir şeyin mümkün olmayacağını, mənim Sahibə şər atdığımı söylədi. Adlarını çəkdiyim qadınlar getdikdən sonra Sevil istifadəsində olan mobil telefon vasitəsilə məni Sahiblə danışdırdı.

Telefon danışığı zamanı Sevil oğlundan mənimlə arasında hər hansı cinsi əlaqənin olub-olmadığını soruşdu. Sahib yalandan and içməklə anasına aramızda heç bir münasibətin yaşanmadığını və mənim yalan danışdığımı dedi”.

“Namusumu qoruduğumu dedim”

Leyla qeyd edib ki, həmin gün Sadiq Zərdab rayonundan yaşadığı evə qayıdan zaman Sevil məsələni ona danışıb: “Sadiq isə mənim sözlərimə inanaraq Sahibin böyük səhv etdiyini, bu məsələni atamdan heç cür gizlədə bilməyəcəyini bildirdi və atamla danışacağını söylədi.

Hadisə günü gecə saatlarında Sevil mənim pozğun, əxlaqsız olduğumu, məni də, atamı da biabır edəcəyini dedi. Hətta o, atamı mənə düzgün tərbiyə vermədiyinə görə təhqir etdi. Mən isə Sevilə həmişə öz namusumu qoruduğumu dedim”.

Leylanın ifadəsinə görə, Sahib öz evində yaşayan bir qadınla cinsi əlaqədə olmaqdan utanmayan bir adam olub: “Sevil isə mənim pozğun qadın olmağımı hamıya deyəcəyini, atamın qeyrəti varsa, həm mənim, həm də özünün başına bir güllə vuraraq hər ikimizi öldürməli olduğunu söylədi.

Həmin vaxt yanımızda başqa heç kim olmayıb. Sonra mübahisəmiz bitdi və yatmağa getdik”.

“Qardaşı tüfəngi mənə tuşlayıb tələb etdi ki...”

Leyla bildirib ki, noyabrın 10-da səhər saatlarında onunla Rafiqlə arasında da münaqişə yaranıb: “Həmin vaxt Rafiq atası Sadiqin təklüləli ov tüfəngini götürdü, içərisinə patronu daxil edərək mənə tərəf tuşladı. O, qardaşı Sahibin mənimlə cinsi əlaqədə olması ilə bağlı ittihamlardan imtina etməyimi tələb etdi. Təhqir və mübahisə səsinə Sevil otağa daxil oldu, mübahisəyə müdaxilə etdi.

Həmin vaxt Rafiqin əlində olan tüfəngin lüləsindən yapışdım və tüfəngi Rafiqin əlindən almaq istəyərkən atəş açıldı. Ehtiyatsızlıqdan açılan atəş Sevili ağır yaraladı. Sevil hadisə yerində vəfat etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı qorxuya düşüb və evdən qaçıb: “Tanımadığım taksiyə əyləşərək əmimgilin yaşadığı evə getdim. Axşam saatlarında Bərdə rayon polis şöbəsinə gətirildim”.

Leyla qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Ehtiyatsızlıqdan baş verən hadisə həm mənim, həm də Rafiqin tərəfindən törədilib. Lakin Rafiqi məsuliyyətdən azad etmək məqsədilə Sadiq qohumlarından istifadə edərək istintaqın gedişinə təzyiqlər göstərib.

Bu səbəbdən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığım üçün yalan ifadələr vermişəm və təzyiq altında əvvəlki ifadələrimə imza etmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Leylanın müdafiəçisi apellyasiya şikayəti verib. Şikayətdə Leylanın qəsdən adam öldürməkdə günahsız olması, barəsində bəraət hökmünün çıxarılması istənilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Leylanın müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az