Şoyqu və ətrafının orduya ayrılan vəsaitin 80 faizini oğurladığı üzə çıxdı... - VİDEO

Şoyqu və ətrafının orduya ayrılan vəsaitin 80 faizini oğurladığı üzə çıxdı... - VİDEO

"Şoyqu və Krivoruçko kimi məmurlar Rusiya ordusunda korrupsiyanın əsas səbəbidir..."

"Müharibəyə xərclənməli olan pulların 80 faizi oğurlanıb və bu, yaxşıdır, onlar hərbi əməliyyatlar aparmaq iqtidarında deyil..."

"Heş kim orduda islahatlar aparmayıb, ixtisaslı hərbi kadr hazırlığı ilə heç kim məşğul olmayıb..."

"Kalaşnikov" silah konserninin sabiq sahibi və Rusiya müdafiə nazirinin indiki müavini Aleksey Krivoruçko barədə "Şoyqunun müavininin Amerika sirri" adlı yeni araşdırma aparılıb.

"İki il yarım ərzində Krivoruçko müdafiə nazirliyindəki yüksək postu ilə bərabər "Kalaşnikov"un sahibi olub. Yəni özü atıcı silah, aviasiya raketləri, hava hücumundan müdafiə vasitələri və ordu üçün xüsusi texnika alıb. O, bu səbəbdən militarist isteriya yaradılmasında son dərəcə maraqlıdır. Rusiya müharibəyə hazırlıq görüb, büdcədən orduya təbabət və təhsilin zərərinə böyük vəsaitlər ayrılıb. Yollar və təqaüdlər əvəzinə pullar silahlanmaya xərclənib. Bütün bunların kuratoru Krivoruçko olub və o, bu səbəbdən zənginləşib".

Mediainfo.az xəbər verir ki, bu barədə "Navalnı LİVE" komandasının yeni araşdırmasında deyilir.

Jurnalistlərin məlumatına görə, Aleksey Krivoruçkonun iki qızı Mayyamidə doğulub. Onlardan biri artıq ABŞ pasportunu alıb, digəri Amerika vətəndaşlığına iddialıdır.

Araşdırmaçıların məlumatına görə, müdafiə nazirliyinə təyinatından 6 ay öncə Krivoruçko 26 dəfə ABŞ-da, əsasən də Mayyamidə olub. Orada 2011-ci ildə özünə firma açıb. Firmanın adına sahəsi 255 kv.m, dəyəri bir neçə milyon dollar olan mənzil qeydiyyatdan keçirib. Sonrdan onu öz şirkətinin əməkdaşı Mixail Tiraturyanın adına keçirib.

2018-ci ildə, "Bloomberg"in yazdığına görə, Tiraturyan ABŞ-da Rusiyanın Krivoruçkonun başçılıq etdiyi "Kalaşnikov" konserninin məhsulunun satışını nizama salmalı olub.

Rusiyada Krivoruçko həmçinin bir neçə elit daşınmaz əmlaka malikdir, Navalnının əməkdaşları iddia edib. 2019-cu ildə o, sahəsi 1492 kv.m olan ev və Rublyovkada 35 sotluq dəyəri 500 milyon rubldan artıq olan (təxminən 8 milyon dollar) torpaq sahəsi əldə edib. Daha 116 sot firmanın uzunmüddətli istifadəsindədir.

Beynəlxalq maliyyəçi Bill Brauderin fikrinə görə, Rusiya müdafiə nazirliyindən olan Şoyqu və Krivoruçko kimi məmurlar Rusiya ordusunda korrupsiyanın əsas səbəbidir.

"Rusiyada korrupsiya o qədər yayılıb ki, faktiki olaraq heç nə işləmir. Dövlətlə bağlı olan heç nə işləmir. Onlar hərbi əməliyyatları aparmaq iqtidarında deyil. Müharibəyə xərclənməli olan pulların 80 faizi oğurlanıb və bu, yaxşıdır", - Brauder Amerikanın işgüzar " Wall Street Journal" qəzetinə müsahibəsində deyib.

Korrupsiyanın Rusiya qoşunlarının döyüş qabiliyyətinə təsir etməsi fikri ilə vəkil Nikolay Polozov da razıdır. Şoyqu və Krivoruçko kimi məmurların ucbatından Rusiya tankları dinamik müdafiəsiz qalır və USQ üçün asan hədəfə çevrilir, o, buna əmindir.

"Putin rejiminin və onun məmurlarının korrupsiya mahiyyəti özünü onda büruzə verir ki, uzun müddət, 20 ildən artıq zaman kəsiyində əsas ideya bu məmurların malik olduqları imkan və vəzifələrdə daha çox oğurlamaq olub. Və bu oğurluqlarla öz övladlarının gələcəyini təmin etmək barədə düşünüblər", - Polozov bəyan edib.

"Korrupsiya ilə mübarizə Fondu"nun (KMF) əməkdaşı Ruslan Şaveddinov bəyan edib ki, Rusiya müdafiə nazirliyi ən çox korrupsiyalaşmış idarədir. Şoyqu özü son dərəcə zəngindir və öz yaxın ətrafını "qızıla boyayıb".

Şaveddinov vurğulayıb ki, heç kim orduda islahatlar aparmayıb, ixtisaslı hərbi kadrların hazırlığı ilə heç kim məşğul olmayıb.

"Bu məmurlar bu müharibəyə hazır olmayıb, onlar, sadəcə, varlanmaqla və büdcəni dağıtmaqla məşğul olub", - KMF əməkdaşı qeyd edib.

Nədən Putin Şoyqudan orduya ayrılan pulların hara getməsini soruşmadığı barədə suala Şaveddinov əmin edib ki, belə suallar Kremldə verilmir.

"O, belə sual vermir. Şoyqu belə sualların olmaması üçün nazirliyin hər hansı kiçik məmurunun ictimaiyyət qarşısında linç edilməsinin zəruriliyini yaxşı bilir. O, həbsə atılır və o zaman onların, guya, oğurladıqları böyük məbləğlər "üzə çıxır", - KMF əməkdaşı izah edib.

Bundan başqa, Putinin orduya ayrılan pullar barədə ona görə sualları yoxdur ki, oğurlanan vəsaitin əvəzinə müdafiə nazirıiyi Rusiya prezidentinin istənilən, ən "çirkli" əmrini icra etməyə hazırdır", - araşdırmaçılar əmin edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az