2021-ci il oktyabrın 30-da Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi, Ə. Dadaşov küçəsi 2 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Zakir Hüseynov bıçaqlanması və aparıldığı 3 saylı Şəhər Klinikasında vəfat etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur.
Dərhal hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları əraziyə cəlb olunur. Araşdırmalar zamanı məlum olur ki, Z. Hüseynovu aralarında yaranmış mübahisə zamanı həmin evdə yaşayan, 1993-cü il təvəllüdlü Anar Salmanov bıçaqlayıb.
Həmin gecə Anar Salmanov 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılır.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mediainfo.az xəbər verir ki, Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 15-də Anar Salmanovun qonşusu Zakir Hüseynov, onun evdə olmadığını bildiyi halda pəncərəni döyüb, arvadı Nigar Məmmədlidən onu soruşub. A.Salmanov da qonşusunun yoldaşına sataşdığını düşünərək, onu cəzalandırmaq qərarına gəlib. Oktyabrın 29-u saat 23 radələrində yaşadığı evin pəncərəsindən Zakir Hüseynovun doğmalarını söydükdə, qonşusu öz evindən çıxıb, onun evinə daxil olub. aralarında başlayan davanın qarşısını almağa çalışan atası Balababa Hüseynov və bacısı Mətanət Dadaşovanın gözü önündə məişət Anar bıçaqla Zakir Hüseynovun sinəsinə və qarnına 2 dəfə zərbə vurub. Bu hadisə isə Zakirin atası Balababa Hüseynov və bacısı Mətanət Dadaşovanın gözləri önündə baş verib.
Bıçaqlanma olan ev
İş üzrə dindirilmiş Anar Salmanov bildirib ki, 2020-ci ildə Nərgiz Hüseynzadə ilə evlənib. Onunla ailə həyatı qurmamışdan əvvəl, 2015-ci ildə sosial şəbəkə vasitəsi ilə Nigar Məmmədli ilə tanış olub:
“Nigar Sərxan adlı şəxslə evil olsa da, mütəmadi görüşərək, onunla cinsi əlaqədə olurduq. 2021-ci ilin yanvar ayında Nigarla ər-arvad münasibətindən qızım dünyaya gəlib. Övladımın atası olsam da, doğum haqqında şəhadatnamədə Sərxanın adı qeyd olunmuşdu. Martın 8-də növbəti mübahisədən sonra Nigar öz ərinə, uşağın atasının mən olduğumu etiraf edib. Buna görə, Nigar və əri Sərxan boşandılar. May ayında Nigarla aramızda olan münasibətdən xəbər tutan arvadım Nərgiz küsüb atasının evinə getdi və 3 aydan sonra məhkəmə yolu ilə məndən boşandı. Bundan sonra Yeni Suraxanı qəsəbəsində Nigarla və övladımla yaşadım. Üzbəüz qonşuluqda yaşayan Zakir Hüseynov keçmiş arvadım Nərgizin qohumu idi. Boşandığım üçün, qonşum və ailə üzvləri mənimlə ədavət aparmağa başlamışdılar. Hadisədən 2 həftə əvvəl Nigar zəng edərək Zakirin pəncərəni döyüb, mənim evdə olub-olmadığımı soruşduğunu və sonra atmacalı sözlər söyləyərək, zarafat etdiyini dedi. Bunu bilib işdən gəldim və qonşuma zəng edib, “məni niyə axtardığını?” soruşdum. Zakir gəlib evin pəncərəsindən məni soruşduğunu etiraf etdi.
Oktyabrın 29-u günorta saat 13 radələrində qonşum yenidən Nigarın əvvəlki evliliyindən olan övladı barədə bildiklərini məndən təkrar marağlanmağa başladıqda, bunları məni alçaltmaq üçün soruşduğunu hiss etdim. Sonra evə gəldim. Zakirin mənə söylədiklərini, axşama qədər düşündüm. Hətta qonşuma görə, həmin məhəllədən köçüb getməyi fikirləşdim. Əsəbilərimi sakitləşdirmək üçün tərkibində alkoqol olan energetik içkilər içdim. Saat 23 radələrində həyətə gələndə, evimin qarşısında Zakirin atası Balababa Hüseynovu gördüm. Ona oğlu haqqında təhqiredici sözlər dedim. Yüksək səslə söydüm ki, evdə olan bunları Zakir eşitsin. Evimə daxil olanda qapını arxadan bağlamadım. Ardımca evə Zakir girdi. Gözümə mətbəxdə istifadə etdiyimiz bıçaq sataşdı. Onu götürüb qonşumun qarşısına getdim. “Niyə söyüş söyürsən?” soruşan Zakirə 2 dəfə zərbə vurdum. İçəri daxil olan Balababa masanın üzərindəki boşqabı götürüb mənə atıb. Boşqab başıma dəyib yerə düşdü. Zakirin bacısı Mətanət də mənə hücum edərək, əl atdı. Onlar köməkləşib yerdə uzanan Zakiri evdən çıxararaq, həkimə apardılar. Bundan sonra qapını bağladım. Bıçağı masanın üzərinə qoydum. Nigarla uşağı təcili qohumlarımgilə apardım. Telefonda polis əməkdaşı ilə danışandan sonra, Yeni Suraxanı dairəsinə gələrək, təslim oldum”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Dadaşova ifadəsində göstərib ki, oktyabrın 29-u saat 23 radələrində övladları ilə yataq otağında olanda, çöldən uca səslər eşidib:
“Qardaşım Zakir mətbəxin pəncərəsini açanda, qonşumuz Anarın evindən qışqırıq səsləri gəlirdi. Anar pəncərəni açıb bizə tərəf baxanda Zakir onun sərxoş olduğunu hiss etdi və ona baş qoşamamaq üçün çəkilib masa arxasında oturdu. Pəncərənin qarşısında özüm tək qalanda Anar “Zakirin niyə onun pəncərəsini döydüyünü?” soruşdu. Dedim ki, “Əgər qardaşım pəncərəni döyübsə, deməli səni axtarıb”. Pəncərəni bağlamaq istəyəndə Anar yüksək səslə ailə üzvlərimi söyməyə başladı.
“Ana söyüşlərini” eşidən Zakir dərhal Anarın evinə tərəf qaçdı. Mən və ata da arxasınca getdik. Anar əlindəki bıçaqla Zakirin qarnına zərbə vurdu. Qardaşım buna mane olmaq üçün Salmanovun biləklərindən tutmuşdu. Bütün bunlar qısa zaman kəsiyində baş verdi. Zakiri dirsəyimlə Anardan kənarlaşdırdım. Qardaşımın sinəsindən qan axırdı. Xəstəxanaya çatanda həkimlər müayinə edərək, Zakirin öldüyünü bildirdilər”.
Şahid Nigar Məmmədli bildirib ki, oktyabrın 29-da Anar pəncərədən Zakiri söyüb, qarşı tərəf də öz növbəsində Anarı söyüb:
“Mübahisənin nəyə görə başladığını bilmirəm. 1-2 dəqiqədən sonra Zakir evimizə girərək Anarla dalaşmağa başladı. Anarın Zakiri vurduğunu görmədim. Yalnız Zakirin bacısı qardaşının bıçaqlandığını deyib qışqıranda digər otaqdan gəldim. Zakiri qapının yanında, uzanmış vəziyyətdə gördüm. Hadisədən sonra Anar dedi ki, arvadından boşanıb mənimlə evləndiyinə görə, Zakir daim onu ələ salırdı”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Salmanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.