“Biabırçıdır! Belə olanda nazir istefa ərizəsini yazmalıdır...”
2 Noyabr 2022 16:17
Mədəniyyət naziri Anar Kərimov Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib.
Mediainfo.az xəbər verir ki, A.Kərimov report-a açıqlamasında məsələ ilə maraqlanacağını bildirib.
"Bu məsələni yoxlayarıq", - nazir deyib.
Qeyd edək ki, R.Nuriyeva açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:
“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".
Mediainfo.az