Fond əməkdar artistin səhhətini nəzarətə götürdü

Fond əməkdar artistin səhhətini nəzarətə götürdü

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Pərviz Bağırovun səhhəti ilə bağlı məsələ Heydər Əliyev Fondunun nəzarətindədir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı report-a açıqlamasında deyib. Onun sözlərinə görə, P.Bağırov Fondun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb:

“O, bir neçə gün reanimasiyada qalıb, sonradan palataya köçürülüb. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır. Huşu aydındır, yaddaşında və nitqində bəzi problemlər var. İnsult keçirdiyi üçün bir qolu tamamilə işləmir. İntensiv müalicəsi davam etdirilir. Xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı hələ məlumat yoxdur”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az