Bakıdakı təmtəraqlı və qeyri-adi evlilik təklifi ilə bağlı videogörüntülər ictimaiyyətdə rezonans doğurub. Paytaxtın məşhur hotellərindən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb.
Böyük hissəsi dronla çəkilən və video çəkilişləri fotoqraf-rejissor Cəlal Kəngərliyə məxsus olan kompozisiyaya 100 mindən çox pul xərcləndiyi iddia olunur.
Mediainfo.az xəbər verir ki, məsələ ilə bağlı videogörüntü müəllifi Cəlal Kəngərli Bizim.Media-ya açıqlamasında sözügedən gəncin adını açıqlamayıb, lakin bildirib ki, həmin şəxs Türkiyədə yaşayan biznesmendir:
“Həyatını sıfırdan quran bir insandır. Xanımı da sadə bir vətəndaşdır və azərbaycanlı iş adamının qızıdır”, - deyə rejissor əlavə edib.
Cəlal Kəngərli videoya 100 min manat xərclənməsi məsələsinə də münasibət bildirib. O deyib ki, evlilik təklifi ilə bağlı kompozisiyaya 40 min 800 manat pul xərclənib:
“100 min iddiası doğru deyil. O gənc yaxından tanıdığım biridir. Sadəcə xərcləri o qədər tutub, şirkət xərclərini əlavə etməmişik. Normalda adi müştəri üçün belə görüntüləri 50-60 min manata edirik”.
Videogörüntüləri təqdim edirik: