Azərbaycanın KVN komandası yenidən “Şuşa” adını özünə qaytarıb

Azərbaycanın KVN komandası yenidən “Şuşa” adını özünə qaytarıb

Prodüser Müşviq Abbasovun rəhbərliyi ilə Soçidə çıxış edən Azərbaycanın yeni KVN komandası yenidən “Şuşa” adını özünə qaytarıb.

Xatırladaq ki, komanda Soçidə keçirilən "Kivin" festivalında çıxış edərək ikinci mərhələyə adlayıb. Lakin ikinci tur başlamamış komandanın gözlənilmədən adını dəyişərək “Buta” olması sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, komandanın prodüseri Müşviq Abbasovun virtualaz.org-a verdiyi məlumata görə, ilk turda uğurlu çıxışından sonra AMİK-in prezidenti Aleksandr Maslyakovun rəhbərlik etdiyi münsiflər heyəti komandanın “Şuşa” adı ilə davam edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Bundan sonra komanda adını dəyişərək “Buta” qoyub. Amma ikinci turdan sonra Aleksandr Maslyakovla danışıqlar nəticəsində komanda keçmiş adını özünə qaytarıb.

“Biz razılaşdıq ki, tamaşanı yalnız əvvəlki adla davam etdirək. Komanda “Şuşa” adını saxlayıb və bundan sonra KVN-nin Sankt-Peterburq Liqasında bu adla çıxış edəcək”, - Müşviq Abbasov vurğulayır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az