“Biabırçıdır! Belə olanda nazir istefa ərizəsini yazmalıdır...”
2 Noyabr 2022 16:17
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova kult.az-a verdiyi açıqlamasında deyib:
"Rəmiş reanimasiyadadır, müalicəsi davam edir. Xəstəxanaya yerləşdirildiyi gün vəziyyəti çox pis idi. Şükür ki, indi yaxşıdır. Evə buraxılacağı tarixi hələlik bilmirik".
G.Hüseynova bu qayğısına görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirib.
Qeyd edək ki, səhhəti kəskin pisləşən Rəmişin müalicəsi Mehriban xanım Əliyevanın nəzarətindədir.