Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə cinayət işi açılıb

Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə cinayət işi açılıb

Qazaxıstanda 6 topdansatış şirkətinə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılıb.

Mediainfo.az “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib.

Yeri gəlmişkən qeyd edək ki, Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənməkdədir. Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az