Marketlərin ƏDV fırıldağı - Niyə sanksiyalar tətbiq olunmur?

Marketlərin ƏDV fırıldağı - Niyə sanksiyalar tətbiq olunmur?

Bakıda bir sıra mağaza sahibləri vətəndaşları aldadırlar.

Belə ki, paytaxtın mərkəzindəki bəzi marketlər köhnə nəsil kassa aparatlarından istifadə edir və vətəndaşlara üzərində QR-kod olmayan çekləri təqdim edirlər. Belə çeklərlə isə “ƏDV-ni geri al” layihəsindən yararlanmaq mümkün olmur.

Vətəndaşlar sual edirlər ki, köhnə nəsil kassa aparatlarından istifadə edən sahibkarları hansısa cəzalar gözləyir?

Mediainfo.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən bütün növ pərakəndə ticarət, iaşə, eləcə də iri ticarət müəssisələrində nəzarət kassa aparatının tətbiq edilməsi məcburidir:

"2019-cu ildən başlayaraq Azərbaycanda nəzarət kassa aparatının tətbiq edilməsi məcburi olan bütün fəaliyyət sahələrində yeni nəsil kassa apratlarına keçidlə bağlı mərhələli bir proqramınb həyata keçirilməsinə başlandı. Bu plana baxmış olsaq, Bakı şəhərində son mərhələ 2022-ci ilin aprel ayında yekunlaşıb. Yəni, proqram çərçivəsində işlər artıq tamamlanmalı idi. Təbii ki, bunun özünün maliyyə yükü var. Bu yükün qismən azaldılması məqsədilə hökumət bu istiqamətdə faktiki olaraq dəstək verir. Yəni, əvəzlənmiş yeni nəsil kassa aparatları üçün çəkilən xərclər həmin vergi ödəyicisinin vergi öhdəliklərindən silinir. Tutaq ki, siz kassa aparatını əvəzləmək üçün 500 manat xərc çəkibsizssə, artıq sizin ödəməli olduğunuz vergidən həmin 500 manat silinir. Bu rəqəmləri şişirtmək olmaz. Nazirlər Kabineti tərəfindən müəyyən hədlər müəyyən edilib. Həmin hədlər çərçivəsində məbləğ əvəzlənir".

R.Həsənov qeyd edib ki, pandemiya dövründə proqramın icrasında gecikmələr olub:

"Lakin təsdiqlənmiş proqrama görə, Bakı şəhərində bu proses bitibdir. Bitibsə, artıq köhnə nəsil kassa aparatlarından istifadə etmək olmaz. Bunu edənlərə qarşı Vergi Məcəlləsində sanksiyalar nəzərdə tutulur. Vergi Məcəlləsinə görə bu hal ildə bir dəfə olduğu halda sahibkara 1000, ikinci dəfə təkrarlandığı halda 3000, daha çox təkararlandığı halda isə 6000 manat sanksiya tətbiq edilir. Düşünürəm ki, əgər proqramın icrası, təminat-təchizatla bağlı hər hansı bir problem yoxdursa, bu zaman artıq aidiyyati qurumlar da istehlakçıların hüquqlarının pozulması hallarının yarandığını nəzərə almaqla qeyd edilən istiqamətdə nəzarəti gücləndirməlidirlər. Köhnə kassa nəzarət aparatlarından istifadə edən sahibkarlıq subyektlərinə sanksiyalar tətbiq edilməlidir ki, onlar ən qısa zamanda öz fəaliyyətlərini qanunvericiliyin tələbləri əsasında qursunlar".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az