Bakıda bu evlər UCUZLAŞACAQ - 50 faiz aşağı qiymətlər...

Bakıda bu evlər UCUZLAŞACAQ - 50 faiz aşağı qiymətlər...

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq.

Mediainfo.az xəbər verir ki, bu barədə Trend-in yaydığı məlumatda deyilir. Qeyd edilir ki, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.

Əmlak satışı mütəxəssislərinin verdikləri məlumata əsasən, yaxın zamanlarda bu qaydanın dəyişdirilməsi gözlənilir. Bu qaydanın 2000-ci ildən sonra istifadəyə salınmış binalara şamil olunacağı gözlənilir. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq.

Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, növbəti ilin birinci yarısında süni şəkildə şişirdilmiş qiymətlərdə ciddi enmələr olacaq:

"Bu enmələr köhnə tikili binalarda olacaq, amma yeni tikili binalarda qiymətlərin enməsi çətindir. Çünki yeni tikili binalarda alternativ olduqca azdır, yeni binaların tikilməsi üçün ərazi çox azdır və tikinti prosesi də baha başa gəlir. Köhnə binalarla bağlı qiymətlərin azalması qaçılmazdır. Hətta ipotekalarla bağlı qaydalar dəyişməsə belə, köhnə binalardakı mənzillərin qiymətində enmələr baş verəcək, çünki artıq azad olunmuş əraziləmizdə də ciddi tikinti işləri aparılır, vətəndaşlarımız həmin ərazilərə köçürülməsi ilə bu qiymət enməsi daha da sürətlənəcək".

O əlavə edib ki, Bakı şəhərində istismar müddəti bitirmiş 11 minə qədər bina var:

"Bu mənzillərin ipoteka krediti ilə satılması qaydalara əsasən mümkün deyil. Əslində köhnə binalarda mənzillərin qiyməti azalmalı, indiki qiymətlərdən ən azı 50 faiz aşağı olmalıdır. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən istismar müddəti bitmiş binaların sökülərək yerində yeni binaların tikimləsi planlaşdırılır. Bu da köhnə mənzillərin müəyyən qədər bahalaşmasına səbəb oldu, bəziləri fikirləşdi ki, bu mənzilləri alıb saxlamaqla, nə vaxtsa yeni binadan mənzil əldə edəcək, amma bu proses də 10 illiklər ərzində aparılacaq prosesidir".

"Sentyabr ayından sonra köhnə binalarda növbəti qiymət artımları baş verdi. Belə ki Rusiyada səfərbərlik elan olunduqdan sonra vətəndaşlar düşündü ki, Rusiyadan Bakıya ciddi axın olacaq və onlar gəlib Bakıdan mənzillər alacaqlar. Müəyyən vəsaiti olan vətəndaşlarımız da köhnə mənzilləri almağa başladı ki, Rusiyadan gələnlərə bu mənzilləri daha baha qiymətə satıb mənfət götürsün. Lakin belə olmadı, Rusiyadan Azərbaycana ciddi axın gəlmədi, əksinə Rusiyada biznesi olan azərbaycanlılar, özləri Azərbaycanda olan əmlaklarını satırlar. Ona görə ki, həmin şəxslər Rusiyada ziyan görmüş bizneslərini xilas etməyə çalışırırlar", - deyə o əlavə edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az