Şahdağ Turizm Mərkəzi niyə zərərlə işləyir?-Xərclər şişirdilir və bu yolla dövlətdən dotasiya alınır...

Şahdağ Turizm Mərkəzi niyə zərərlə işləyir?-Xərclər şişirdilir və bu yolla dövlətdən dotasiya alınır...

“Şahdağ Turizm Mərkəzi” QSC-yə 2023-cü ilin dövlət büdcəsindən 12 mln. manat dotasiya ayrılacaq. Kompleks fəaliyyətə başlayandan bu günə hər il büdcədən dotasi alıb. Kompleksin tikintisi isə təqribən, 2 mlrd. dollara başa gəlib – ölkə tarixində ən rentabelsiz, büdcəyə yük olan layihələrdən biridir.

Mediainfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

“Şahdağ Turizm Mərkəzinin idarəetməsi Andorrada qeydiyatdan keçmiş PGI Management (Pas Grau Internacional Management) şirkətindədir, 1957-ci ildən fəaliyyət göstərir. “PGI Management” şirkəti Ərzurumda (Grand Erzurum), Fransada (Gavarnie-Gèdre), Argentinada (El Calafate), Qazaxstanda (Çimbulak) fəaliyyət göstərir, kurortların idarəedilməsində iştirak edir, amma nə Türkiyə, nə Fransa, nə Argentina, nə də Qazaxstan büdcəsindən dotasiya alırlar. Yaxşı, dövlət vəsaiti ilə tikilmiş, Mədəniyyət Nazirliyinin nəznində olan Şahdağ Turizm Mərkəzi niyə hər il büdcədən dotasiya almalıdır ki?!

Dövlət niyə Şahdağ Turizm Mərkəzinin otellərinə dotasiya verir, amma, məsələn, yaxınlıqda fəaliyyət göstərən başqa özəl otellərə pul ayırmır?! Bəs ədalətli rəqabət harda qaldı?!

Xub, əgər Şahdağ Turizm Mərkəzinin otelləri ziyanla işləyirsə, bunun səbəblərini araşdıran olubmu?! Bəlkə elə xərcləri azaltmaq lazımdır, çünki qiymətlər bahadır, otellər dolu olur, bəs ziyan harda yaranır?! Bəlkə elə xərcləri şişirtməklə mənimsəmə baş verir, korrupsiya bəlkə əsas səbəb korrupsiyadır?!

Bir daha qeyd etmək lazımdır ki, dövlət biznesdə ən pis menecerdir, nə vaxt birbaşa biznesdə iştirak edirsə, zayını çıxardır, dövlətin iqtisadiyyatda əsas işi ədalətli hakim olmaq və əlində olan vergi-gömrük alətləri, güzəştli kredit faizləri ilə ağıllı müdaxilələr etməklə tənzimləyici rolunda çıxış etməkdir...” – o qeyd edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az