Üzərlik şəva mənbəyi, min bir dərdin dərmanıdır
15 Noyabr 2022 10:47
ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “Perseverance” komandası əvvəllər Marsda qeydə alınmış görüntülərdə iki qaya arasında naməlum cismin tapıldığını bildirib.
Mediainfo.az xəbər verir ki, NASA planetdə iki qaya arasında görünən parlaq, gümüşü materialın termal örtüyün bir hissəsi ola biləcəyini açıqlayıb.
Görüntülərin araşdırıldığı və naməlum cismin 2021-ci ildə göndərilən kəşfiyyat vasitəsindən düşmüş termal örtüyün parçası ola biləcəyi deyilib.
Obyektin “Perseverance” aparatının eniş nöqtəsindən 2 kilometr aralıda olduğu bildirilib.
Sözügedən obyekt təmiz planetlərin ekologiyasının çirklənməsi ilə bağlı narahatlıq doğurub.