Psixoloqların gəldiyi ümumi qənaət belədir ki, kişilər ailə qurduqdan 3 gün sonra, qadınlarsa 7-9 il sonra xəyanət edə bilirlər. Amma bu gün qadınların xəyanəti daha tez üzə çıxır.
Bəs, qadınlar nəyə görə xəyanət edirlər?
Mediainfo.az Bizim.media-ya istinadən xəbər verir ki, psixoloq Gülnar Orucova iqadının hər zaman sevgi acı olduğunu deyir:
"Qadın hər zaman sevgi, diqqət və qayğı axtarır. Amma Azərbaycan kişisi belədir ki, xanımının dərdindən ölər, amma bunu çox zaman dilə gətirib deməz. Azərbaycan kişisi sevgisini deməz, göstərər. Sevdiyinə yaxşı həyat yaşadar, onun istəklərini reallaşdırar. Bununla sevgisini sübut etdiyini düşünər".
Psixoloq onu da əlavə etdi ki, xanımlar qulaqlarıyla, kişilərsə gözləriylə sevir. Kişi qarşısına çıxan istənilən gözəl xanıma vurulur. Amma xanım çirkin bir kişini də sevə bilər. Çünki, o kişi xoş söz deyər və bu xoş söz qadının qulağına xoş gəldiyi üçün qadın onu sevər.
Qadınlar kişilərə görə bir qədər gec xəyanət edirlər. Bunun da bir sıra səbəbi var:
Birincisi, bəzi qadınlar üçün ailə vacib faktordur. Amma ailədə ərindən istədiklərini ala biməyəndə qadın xəyanətə gedir. Qəbul etdiyim 36 yaşılı çox imkanlı bir xanım mənə danışır ki, "ərim il boyu xaricdə olur. Mən də tək qalmışam. Hər şeyim var, amma sevgi acıyam". Dedim ki, "xanım siz artıq xəyanət etmək üçün qərar vermisiniz. Və məndən də bu yola getmək üçün psixoloji dəstək istəyirsiniz". Güldü...
İkincisi, qadınlar xəyanəti bağışlamır. Qadın hiss edən də ki, əri ona xəyanət edir, həmən o da adekvat addım haqqında düşünür. Yanıma gələnlərin çoxu bunu etiraf edir ki, "ərimə nə pula, nə də ki, vara görə yox, onu cəzalandırmaq, ondan intiqam almaq üçün xəyanət etdim".
Üçüncüsü, maddiyyata görə xəyanət edən qadınlar var. Qadın ərinə xəyanət edir, kimlərləsə pul müqabilində görüşür. Nədi-nədi özünə və yaxud uşağına bahalı telefon alacaq.
Dördüncüsü, cinsi asılılıqdır. Bəzi qadınlar internetdə gördüklərini ərlərinə deyə bilmirlər. Və bu adrialini almaq üçün xəyanətə gedirlər.
Beşincisi, cinsi zəiflik. Bu gün əksər qadınlar ərlərinin cinsi imkanlarından narazıdır. Bir qadın məndən psixoloji yardım almağa gəlmişdi ki, "yoldaşım narkotikə qurşandığına görə mənlə yaxınlıq edə bilmir. Biz də utandığımızdan heç kimə heç nə deyə bilmirik".
Gülnar Orucova sonda onu da söylədi ki, bütün hallarda xəyanət xəyanətdir.
"Sevdiyindən vaz keçən qadının itiriləsi heç nəyi qalmır. Və zaman-zaman qadın həyatına başqalarını salır. Mən bir qadın və bir psixoloq kimi deyirəm ki, qadın xəyanət edəndə kişisinə yox məhz özünə xəyanət edir. Bu xəyanətin acısını isə çox zaman uşaqlar çəkir. Çox təəssüf..."