Stefan Tomas adlı Almaniya vətəndaşı başını bəlaya salıb

Stefan Tomas adlı Almaniya vətəndaşı başını bəlaya salıb

San-Fransiskoda yaşayan Stefan Tomas adlı Almaniya vətəndaşı içində 220 milyon dollar olan "Bitcoin" hesabının şifrəsini unudub.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, alman proqramçının şifrəni doğru təxmin edə bilmək üçün sadəcə 2 şansı qalıb. S.Tomas yanlış təxminlər etsə, hesabı batacaq. "Nyu-York Tayms"a açıqlama verən proqramçı ən çox istifadə etdiyi şifrə formalarını sınaqdan keçirdiyini, lakin heç biri işə yaramadığı üçün pullarını götürə bilmədiyini deyib.

Qeyd edək ki, S.Tomas 2010-cu ildə biri 4 dollara olan 7 min 200 ədəd "Bitcoin" alıb. Hazırda "Bitcoin"lərinin biri 35 min dollara yaxın dəyər daşıyır. Proqramçı tvitter hesabından verdiyi açıqlamada "ümid edirəm, mənim səhvlərimdən dərs çıxaranlar olar. Bir parça proqnoz 10 illik peşmanlığın qarşısını ala bilər" sözlərini yazıb.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az