Şarapovanın 5 karatlıq nişan üzüyünün qiyməti 400 000 dollardır

Şarapovanın  5 karatlıq nişan üzüyünün qiyməti  400 000 dollardır

Rusiyalı sabiq tennisçi Mariya Şarapova 2020-ci ilin dekabrında nişanlanıb.

Oxuməni.az xəbər verir ki, biznesmen sevgilisi Aleksandr Gilkslə nişanlanan Şarapovanın üzüyünün qiyməti məlum olub.

Məsələ ilə bağlı konkret.az yazır ki, 5 karatlıq üzük 400 000 dollar dəyərindədir. Qızıl üzüyü Gilks uzun müddət öncə sifariş edib və özəl olaraq rusiyalı tennisçi üçün hazırlanıb.

Qeyd edək ki, ötən il tennis karyerasına son verən Mariya Şarapova Aleksandr Gilkslə nişanlandığını bu sözlərlə açıqlamışdı:

"Tanışdığımız ilk gündən bəri "hə" dedim. Bu bizim balaca sirrimiz deyilmi, Gilks?"

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az