Stalini aldadan mahir fırıldaqçı həkim- Aleksandr Boqomolets

Stalini aldadan mahir fırıldaqçı həkim- Aleksandr Boqomolets

İosif Stalinin həkimlərə qarşı münasibəti haqqında çox yazılıb. Ayrı-ayrı mənbələrdə sovet liderinin tibb işçilərinə çox da inanmadığı xüsusilə vurğulanıb. Elə bu münasibətin, bu inamsızlığın nəticəsində də 1948-ci ildə Stalinin göstərişi ilə "Həkimlərin işi" adı ilə tarixə düşən istintaq başlanıb. Hətta Stalin az-şox inandığı şəxsi həkimi Vladimir Vinoqradovu da həbs etdirib. Amma bu sərt münasibətin fonunda "bəxti" gətirən həkimlər də tapılıb. Onlardan biri də Aleksandr Boqomolets olub.

Oxuməni.az musavat.com-a istinadən yazır ki, Aleksandr Boqomolets 1881-ci ildə Kiyevdə, "Lukyanovka" təcridxanasında anadan olub. Belə ki, anası hamilə olanda siyasi baxışlarına görə həbs edilib və Aleksandr həbsxanada dünyaya gəlib. Bir aydan sonra onu qohumlarının himayəsinə veriblər.
Kiyevdə 1-ci kişi gimnaziyasında təhsil aldıqdan sonra Aleksandr Boqomolets Novorossiysk imperator universitetinin tibb fakültəsini bitirib. 1909-cu ildə Sankt-Peterburq hərbi tibb akademiyasında dissertasiya müdafiə edib.

Bir müddət Novorossiyskdə, Saratovda və Moskvada tibb müəssisələrində işləyən Boqomolets 1930-cu ildə Kiyevə qayıdıb və Ukrayna Elmlər Akademiyasının prezidenti seçilib.

8d5acc3169a74a58bc87d2c51f064e25.jpg (79 KB)

Sovet-alman müharibəsi başlanana qədər Aleksandr Boqomolets Ukraynanın səhiyyə sistemində bir çox yeniliklərə imza atıb. Məhz onun sayəsində Ukrayna səhiyyə komissarlığının (nazirliyinin) nəzdində fiziologiya institutu yaradılıb, akademiyanın strurkturunda yeni kafedralar və institutlar fəaliyyətə başlayıb, "Fizioloji jurnal" təsis edilib, yeni elmi tibbi kitablar nəşr olunub, səhiyyə işçilərinin sosial rifahı yaxşılaşdırılıb.

Müharibəyə bir neçə ay qalmış o, vaxtından əvvəl qocalmaya qarşı Kiyev dispanserini açmağa nail olub. Bu ərəfədə onun "Ömrün uzadılması" adlı kitabı da işıq üzü görüb.

Müharibə başlananda Ukrayna Elmlər Akademiyası Ufa şəhərinə köçürülüb. Aleksandr Boqomolets bu şəhərdə də öz məhsuldar fəaliyyəti ilə tanınıb. Onun rəhbərliyi altında hazırlanan xüsusi məlhəm müharibə dövründə odlu silahlardan yaralanmış düyüşçülərin yaralarının tez sağalmasında zəruri preparatlardan birinə çevrilib.

Bununla yanaşı, Aleksandr Boqomolets müharibə dövründə ictimai fəaliyyəti ilə də yadda qalıb. Təxliyyə və təşkilati işlərdə, səfərbərlik məsələlərində o, böyük fəallıq göstərib.

229f25282f0047ce83dc4473c233a013.jpg (91 KB)

Aleksandr Boqomoletsin elmi yaradıcılığında insan ömrünün uzadılması mövzusu xüsusi yer tutub. Öz araşdırmalarının nəticəsinə görə, Boqomolets qənaətlərini belə bölüşdürüb ki, insan 150 il ömür sürə bilər. Bununla bağlı onun mətbuatda mütəmadi yazıları da çap olunub. Maraqlı məqamlardan biri isə odur ki, onun məqalələri Stalinin diqqətini cəlb edib və Aleksandr Boqomolets bununla qürrələnib.

Boqomoltsin oğlu Oleq Boqomolets sonralar öz xatirələrində bununla bağlı xatirələrini bölüşüb:
"Atamın araşdırmaları çoxlarının diqqətini cəlb edib. O cümlədən İosif Stalin də uzunömürlülük məsələsinə biganə qalmayıb və o, atamı görüşə dəvət edib. Atam bu görüşün bütün təfərrüatlarını mənə danışıb. Stalin əvvəlcə onun işləri haqqında maraqlanıb, sonra isə konkret mövzuya keçərək soruşub:

267064.700xp.jpg (88 KB)

- Aleksandr Aleksandraviç, siz öz qənaətlərinizə inanırsınızmı?

- Əlbəttə, yoldaş Stalin. Mənim bütün qənaətlərimin arxasında elmi əsaslar dayanır. İnsanın 150 il yaşaması mümkündür.

- Bu 150 ildən sonra baş verəcək? – deyə Stalin istehzasını gizlətməyib.

- Xeyr, amma mən də bu işin başlanğıcındayam, 150 il olmasa da, bir az vaxt tələb olunacaq. Amma bunun üçün yeni institutların yaranması, ştatların ayrılması, vəsaitin olması vacibdir.

- Bu məsələ ilə bağlı mən bütün göstərişləri verəcəyəm".

1-35-768x576.jpg (73 KB)

Həqiqətən də bu görüşdən sonra Stalin akademikin bütün "tələb"lərini yerinə yetirib, yeni institutun yaradılması üçün sərəncam verib, bu məsələyə kifayət qədər böyük vəsaitlər ayrılıb, hətta Boqomoletsə Sosialist Əməyi Qəhrəmanı fəxri adı və Stalin mükafatı da verilib. Bəli, həkimlərə inanmayan İosif Stalin Aleksandr Boqomoletsə inanıb.

Stalinin həkim zümrəsinə olan ilk inamı puça çıxıb və bu onu qəzəbləndirib. Ən sıravi vətəndaşın belə 150 il yaşamasını mümkün sayan Aleksandr Boqomolets 64 yaşında vəfat edib. Bu haqda Stalinə məruz edəndə o, həm qəzəblənib, həm də akademikin vəfatına yarızarafat münasibət bildirib:

- Yaramaz hamımızı aldatdı. 150 ildən danışan adam özü 65 il yaşaya bilmədi...

Qeyd edək ki, akademik Aleksandr Boqomolets 1946-cı ildə Kiyev şəhərində vəfat edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az