İldırım qəzaları ilə məşhur olan Roy Sulivan "üzərinə ən çox ildırım düşən" adam kimi "Ginnesin" rekordlar kitabına da düşüb.
Oxuməni.az Musavat.com-a istinadən dünyanın ən şanssız adamı Roy Sulivan haqqında məlumatları təqdim edir:
Şanssızlığı ucbatından yeddi dəfə ildırım vuran Roy Sullivanın bəxti gətirərək hər dəfə həyatda qalmağı bacarıb.
1942-ci ildə "Shenandon" milli parkını qoruyarkən ilk ildırım zərbəsini alan Sulivanın daxması da yararsız hala düşüb. Yanan daxmadan canını qurtarmaq üçün çölə qaçan Sulivanı bir ildırım da çöldə vurub. Lakin Sulivan bu dəfə də həyatda qalmağı bacarıb.
Bu hadisəni dost-tanışlarına xatirə kimi danışan Sulivan eyni hadisəni 1969-cu ildə təkrar yaşayıb. Bu dəfə isə o, avtomobilində olarkən ildırım qəzası ilə üzləşib. Normalda avtomobilləri ildırım vurması çox nadir hallarda görülsə də Sulivanın başına bu da gəlib.
3 ildırım qəzasını sağ şəkildə ötüşdürməyi bacaran Sulivan növbəti qəzanı həyətinin bağçasında yaşayıb. 1970-ci ildə evinin həyətində işləyən Sulivanı ildırım vurub və nəticədə onun sol çiyni yanıb. Dördüncü təcrübəsi isə yenidən onun iş yerində, "Shenandon" milli parkında baş verib. Bu hadisədə isə onun saçları tamamilə yanıb.
Roy Sulivan 4 ildırım qəzasından sağ çıxdıqdan sonra seçilmiş insan olduğunu düşünməyə başlayıb. Bundan sonra yanında davamlı olaraq müəyyən miqdarda su daşımağa başlayıb. Bundan əlavə fırtınalı havalarda mümkün qədər çölə çıxmamağa çalışıb.
Nə qədər diqqətli olmağa çalışsa da Sulivan 5-ci qəzasını da 1973-cü ildə yaşayıb. Evindən çıxıb avtomobilinə doğru gedərkən ildırım vuran Sulivanın 1977-ci ildə eyni hadisə yenidən başına gəlib.
Son ildırım qəzası isə Sulivan balıq tutmağa gedərkən olub.
İldırım qəzaları ilə məşhur olan Roy Sulivan "üzərinə ən çox ildırım düşən" adam kimi "Ginnesin" rekordlar kitabına da düşüb.
7 ildırım qəzasına meydan oxuyan Sulivan 71 yaşında olan zaman 40 yaşlı bir qadına aşiq olub. Sulivan qadından rədd cavabı aldığı üçün tapança ilə başına gülləni sıxaraq intihar edib.