Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsində təhsil sahəsində həyata keçirilən islahatlar böyük rol oynayır

Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsində təhsil sahəsində həyata keçirilən islahatlar böyük rol oynayır

Hər bir müstəqil ölkənin inkişaf edərək güclü və qüdrətli dövlətə çevrilməsi ilk növbədə elm və texnikanın müasir inkişaf səviyyəsi ilə ayaqlaşmasından önəmli dərəcədə asılıdır. Bu baxımdan beynəlxalq aləmdə elm və təhsil sahəsinin dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi istənilən müstəqil dövlət üçün prioritet sahələrindən biri hesab edilir. Təhsil sahəsinin inkişaf etdirilməsi öz növbəsində adıçəkilən sahəyə dövlətin gələcəyinə hesablanan böyük həcmdə maliyyə yardımları ayrılmasından asılıdır. 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycanda da məhz təhsil sahəsinin inkişaf etdirilməsi dövlət siyasətinin prioitet sahələrindən birinə çevrildi. Xüsusi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin yenidən xalqın tələbi ilə ölkəmizi idarə etməyə başlamasından sonra təhsil sahəsinin inkişaf etdirilməsi sahəsində yeni bir dövr başladı.

1994-cü ildə Ermənistanla atəşkəs haqqında imzalanan anlaşma ölkəmizdə dinc quruculuq işlərinə başladılmasına imkan verdi. Bu da öz növbəsində təhsi sahəsində beynəlxalq tələblərə cavab verən islahatların həyata keçirilməsi üçün şərait yaratdı.

Siyasi sabitliyin respublikamızda bərpa edilməsi həm də Ulu Öndər Heydər Əliyev tərəfindən təhsil sahəsinə daha çox diqqət ayrılmasına, adı çəkilən sahənin siyasətimizdə əhəmiyyətli yerlərdən birini tutmasına yol açdı. Məhz Heydər Əliyevin təhsilimizin dövrümüzün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi müdrik siyasət ölkəmizdə elmi-texniki tərəqqiyə yeni təkan verərək güclü və qüdrətli dövlətçiliyiə çevrilməsinə öz töhfəsini verməyə başladı. Belə ki, ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində təhsil sahəsində beynəlxalq təcrübəyə əsasən islahatlara başlanıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-1994-cü illərdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar çərçivəsində ali təhsildə 4 illik bakalavitura və 2 illik magistratura sisteminə keçildi. Bu təhsilimizin beynəlxalq təcrübə əsasında qurulması istiqamətində atılan önəmli addımlardan biri oldu. Təbii ki, Magistratura təhsil sisteminə keçilməsi Azərbyacanın beynəlxalq aləmlə adıçəkilən sahədə inteqrasiyası sahəsində həyata keçirilən önəmli tədbirlərdən biri idi. Bu, Azrbaycana həm də sovet dövründən bizə miras qalan təhsil sisteminin yenidən qurulmasına, onun ideoloji, siyasi əsaslarının dağıdılmasına, ölkəmizin milli maraqlarına xidmət edirdi. Yeri gəlmişkən onu da xüsusi qeyd edək ki, Heydər Əliyev yeni təhsil sisteminin ölkəmizdə tətbiqi zamanı reallığı, mövcud şəraiti nəzərə almağın vacibliyini dönə-dönə vurğulayırdı. O qeyd edirdi ki, beynəlxalq təcrübəyə uyğun şəkildə ölkəmizdə təhsil sahəsində islahatların keçirilməsi zamanı köhnə sovet təhsil sistemində olan bütün müsbət amillərdən istifadə edilməlidir. Ulu öndərin sovet təhsil sisteminin müsbət tərəflərindən yararlanmağı tövsiyə etməsi isə məsələyə onun olduqca müdrikcəsinə yanaşmasının, uzaqgörən siyasətinin parlaq nümayişi demək idi. Çünki sovet təhsil sistemi mövcud olduğu 60-70 il ərzində dünya elmininin, təhsilinin inkişaf etdirilməsində önəmli rol oynayayn görkəmli elm, maarif xadimləri məşhur alimlər yetişdirmişdi. Faktiki olaraq yeni sistemə keçid nə qədər mütərəqqi iş olsa da sovet təhsil sistemi də dünyada aparıcı rol oynayan bir təhsil sistemi idi. Bununla belə elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi məhz Azərbaycannın da təhsil sahəsində böyük uğurlar əldəedən dövlətlərlə ayaqlaşması baxımından vacib hesab edilirdi.

Bu baxımdan Ulu öndər Heydər Əliyevin rəhbərliyi və onun birbaşa göstəriş və tövsiyələri əsasında həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il Azərbaycanın milli təhsilinin inkişaf etdirilməsi sahəsində dönüş ili oldu. Belə ki, 1995-ci ildən başlayaraq təhsil sahəsində həyata keçirilən islahatlar mütəmadi hal aldı və bu da güclü və qüdrətli dövlət quruculuğunda önəmli rol oynamağa başladı. O dövrdə təhsil sahəsində həyata keçirilən islahatlara uyğun şəkildə ilkin müsbət nəticələr özünü göstərməyə başladı. Təhsil sahəsində həyata keçiirlən islahatların obrazlı şəkildə desək qaranquşu isə 1997-ci ildə bakalavriaturanın ilk buraxılışı oldu. Buna paralel olaraq ali təhsil sisteminin davamı olaraq ölkəmizdə ilk dəfə magistr hazırlığına başlandı. Həyata keçirilən islahatlar nəticəsində Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğunun memarına çevrilərək onu yeni inkişaf zirvələrinin fəthinə istiqamətləndirdi. Təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə yeni məktəblərin inşa edilməsi, köhnələrinin əsaslı şəkildə təmir edilməsi prosesi də geniş vüsət aldı. Azərbaycanın iqtisadi baxımdan həmin dövrdə ağır vəziyyətdə olmasına, maliyyə çatışmazlığına baxmayaraq Heydər Əliyev tərəfindən təhsil sahəsinə kifayət qədər böyük hesab edilən vəsait ayrılırdı. Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar zamanı məktəblərin maddi-texniki bazasının yeniləşdirilməsi də xüsusi diqqət mərkəzində idi. Məktəblərin maddi-texniki bazasının yeniləşdiirlməsi isə öz növbəsində gələcəyin qurucuları olan gənc nəslin müasir elmi biliklərə yiyələnməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu öndər dönə-dğnə vurğulayırdı ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir elmi-texniki vasitələrlə təchiz edilməsi şagirdlərin biliklərə daha yüksək səviyyyədə yiyələnməsinə, onların dünya görüşünün artmasına, Azərbaycanı gələcəkdə idarə edəcək savadlı, yüksək elmi biliklərə malik gənc nəslin yetişməsinə yol açacaq.

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu islahatlar öz növbəsində müstəqilliyimizi əldə etdiyimiz ilk illərdə təhsil sahəsində əmələ gələn hərc-mərcliyi aradan qaldırmağa, adıçəkilən sahədə baş alıb gedən tənəzzülün və dağıdıcı proseslərin qarşısıni almağa, təcrübəli müəllim kadrlarının ölkəmizi tərk edərək xaricə üz tutmasının qarşısını müəyyən qədər almağa imkan verdi.

Bütün bunlar isə Azərbaycanın güclü və daha qüdrətli dövlətə çevrilməsi baxımından olduqca vacibdir və ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Təhsil sahəsində Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar və ölkəmizin gələcəyinə hesablanan uzunmüddətli strateji xət adı çəkilən sahədə hərc-mərcliyin aradan qaldırılmasına yol açaraq ölkəmizin xoş gələcəyinə, güclü və qüdrətli Azərbaycan dövlətçiliyinə xidmət edir. Azərbaycanda ali təhsilin dünya təcrübəsi əsasında fəaliyyət göstərməsi üçün də ulu öndər tərəfindən çoxsaylı islahatlara baş vuruldu. Bu müstəvidə də atılan addımlardan biri ali təhsilin keyyfiyyətinin daha da yüksəldilməsi, məzmununun daha da zənginləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əksər institutlara universitet statusunun verilməsi oldu. Bütün bunlarda ali təhsil sahəsində daha yüksək savada malik gənclərin yetişdirilməsində önəmli rol oynamaqda davam edir. Günümüzdə ulu öndər Heydər Əliyev tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlar prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil sahəsininin inkişaf etdiirlməsini daim diqqət mərkəzində saxlayan İlham Əliyev deyir ki, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək: "Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır".
İlham Əliyev diqqəti ölkənin bütün ali məktəblərinin maddi-texniki baza möhkəmləndirilməsinə, təmir, yenidənqurma işləri aparılmasına dövlət tərəfindən böyük həcmdə maliyyə vəsaiti ayrılmasına cəlb edərək deyib:

"Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın. Bildiyiniz kimi, dövlətin təhsil məsələlərinə olan diqqətini biz, eyni zamanda, təhsilə ayrılan xərclər ilə də ölçə bilərik. Bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik. Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq".

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb

Oxuməni.az

Reply, Reply All or Fo

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az