
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
"Dnestryanı bölgədə rus ordusunun təhlükəsizliyini təhdid edən istənilən hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək".
Mediainfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Maraqlarımıza gəldikdə isə, sülhməramlılarımız orada yerləşdirilib, Kolbasnadakı Avropanın ən böyük silah-sursat anbarını qoruyan hərbi qrupumuz bölgədədir", - deyə XİN rəhbəri vurğulayıb.
O əlavə edib: "Hər kəs başa düşməlidir ki, hərbçilərimizin təhlükəsizliyinə təhlükə yarada biləcək istənilən hərəkət beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək. Cənubi Osetiyada sülhməramlılarımız Saakaşvili tərəfindən hücuma məruz qalanda olduğu kimi...".