Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə bilinən Çeçenistan lideri Ramazan Kadırov, İzyum şəhəri ukraynalıların nəzarətinə keçdiyi üçün, rus ordusunu tənqid edib.
Mediainfo.az xəbər verir ki, Kadırov rus ordsuna taktikanı dəyişməyi əmr edib. Əks halda isə vəziyyətlə bağlı Putinə məlumat verəcəyini bildirib: “Əgər bu gün və ya sabah xüsusi hərbi əməliyyatla bağlı dəyişiklik edilməsə, mən Kremlə oradakı vəziyyəti izah etməli olacam. Mən Müdafiə Nazirliyində işləmirəm və strateq də deyiləm.Amma ordudakı səhvləri görə bilirəm. Səhv etdikləri aydındır. Ümid edirəm ki, onlar qısa müddət ərzində lazımi nəticəni çıxaracaqlar”.
“Orada bizim kişilərimiz, belə vəziyyətlərə xüsusi hazırlanmış döyüşçülərimiz var. Onlara daha 10 min əlavə hərbçi qoşulacaq Biz ən qısa zamanda Odessaya çatacağıq”,-deyə Kadırov bildirib.
Xatırladaq ki, Ukrayna ordusu ölkənin şərqində keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Rusiyadan 3000 kvadrat kilometrdən çox ərazini geri almağı bacarıb. Rusiya Müdafiə Nazirliyi də şənbə günü qoşunların Ukraynanın şərqindəki İzyum, Balakliya və Kupyansk şəhərlərindən geri çəkildiyini təsdiqləyib.