"Bloomberg" dünyanın ən zəngin ailələrinin adlarını açıqlayıb

"Bloomberg" dünyanın ən zəngin ailələrinin adlarını açıqlayıb

Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, “Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısına başçılıq edir.

Mediainfo.az xəbər verir ki, nəşr ailənin sərvətini 224,5 milyard dollar qiymətləndirib ki, bu da il ərzində 13,7 milyard dollar azalması deməkdir.

“Walmart” 1962-ci ildə iş adamı Sem Uolton tərəfindən təsis edilib. İndi bütün dünyada mağazaların sayı 10,5 mini ötür, baş ofisi ABŞ-ın Arkanzas ştatının Bentonvil şəhərində yerləşir, şirkətin gəliri 573 milyard dollardır. Şəbəkənin səhmlərinin 47 %-i Uolton ailəsinə məxsusdur.

Ən zəngin 10 ailəyə həmçinin aşağıdakılar daxildir:

Mars ailəsi, qənnadı məmulatları və uzun saxlanılma müddətli qida istehsalçısının sahibləri — 160 milyard dollar (cari il üçün +18 milyard dollar);

ABŞ-ın “Koch Industrues” neft-kimya korporasiyasının sahibləri olan Kox ailəsi — 124,4 milyard dollar (+4,4 milyard dollar);

Səudiyyə kral ailəsi Əl Səud - 105 milyard dollar (+5 milyard dollar);

Fransanın “Hermes” moda evinin sahibləri olan Erme ailəsi — 94,6 milyard dollar (-17 milyard dollar);

Hindistanın “Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri olan Ambani ailəsi — 84,6 milyard dollar (-9,1 milyard dollar);

“Chanel” fransız moda evinin sahibi olan Verhaymer ailəsi — 79 milyard dollar (+17,2 milyard dollar);

“Cargill” kənd təsərrüfatı şirkətinin sahibləri olan Kargill ailəsi - 65,2 milyard dollar;

“Reuters” xəbər agentliyinin nəzarət paketinin sahibləri olan Tompson ailəsi - 61,2 milyard dollar;

İsveçrə əczaçılıq şirkəti “Roche Holding”in minoritar sahibləri olan Hoffmann ailəsi — 45,1 milyard dollar.

Ümumilikdə reytinqə 25 ailə daxil edilib. Onların arasında Almaniyanın “Aldi” endirimli mağazalar şəbəkəsinin sahibi olan Albrext ailəsi (41,4 milyard dollar), “Cox Enterprises” telekommunikasiya şirkətinin sahibləri olan Koks ailəsi (28,3 milyard dollar), Hindistanın “Hapoorji Pallonji Group” tikinti şirkətinin əsas sahibləri olan Mistri ailəsi və s. var.

“Bloomberg”in məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 143 milyard dollar azdır. Bununla yanaşı, nəşr qeyd edib ki, bəzi superzəngin ailələrin, məsələn, Rokfellerlərin var-dövləti nəzərə alınmır, çünki onların aktivlərini “izləmək çox çətindir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az