Rus ordusunun 10 generalı, 142 polkovniki öldürülüb - Şok

Rus ordusunun 10 generalı, 142 polkovniki öldürülüb - Şok

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya ordusunun 1402 yüksək rütbəli hərbçisi öldürülüb.

Mediainfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Strategiya Komitəsinin OSINT tədqiqatçılarının məlumatlarına istinadən verdiyi məlumata görə, həlak olan rus zabitlər arasında iki general-leytenant və səkkiz general-mayor da var.

Eyni zamanda məhv edilən hərbçilərin təxminən dörddə biri yüksək rütbəli zabitlərdir.

“Ukraynada 1402 rus zabiti öldürülüb. Üstəlik, yüksək rütbəli zabitlər ümumi sayın 26%-ni təşkil edir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynada gedən müharibə zamanı Rusiya Federasiyasının 44 polkovniki, 98 polkovnik-leytenant və 193 mayor da həlak olub. Bundan əlavə, 279 kapitan, 471 baş leytenant, 235 leytenant, 72 ikinci rütbəli əsgər öldürülüb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az