İran ordusunun 50-60 faizi azərbaycanlıdır, heç bunu düşünüblər?

İran ordusunun 50-60 faizi azərbaycanlıdır, heç bunu düşünüblər?

“Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin İranla sərhəddə təlimlərə başlaması çox müsbət haldır. Görünür, cənub sərhədlərimizdə XTQ ilə yanaşı, dağ komandolarımızın da həm dislokasiyasına, həm təlimlərinə ehtiyac yaranacaq. Eyni zamanda hərbi hava qüvvələrinin də təlimləri ola bilər. Burada bizim həm Pilotsuz Uçuş Aparatlarımız (PUA), həm müasir qırıcı, həm də bombardmançı təyyarələrimizin də təlimi keçirilə bilər. Əlbəttə, tank qoşunlarımız, raket qoşunlarımızın da təlimini keçirmək lazımdır ki, molla rejimi qarşısında dayanan dövlətin müasir dövlət olduğunu, onun müasir silahlara malik və Ermənistan ordusunu cəmi 44 gün ərzində sıradan çıxaran ordu olduğunu hiss etsin”.

Mediainfo.az xəbər verir ki, bunu professor Qabil Hüseynli Teleqraf.com-a açıqlamasında bildirib.

Onun fikrincə, İran molla rejimi Azərbaycan ordusunun gücünə bələd olsa da, bunu öz sərhədləri yaxınlığında görməsi lazımdır:

“Mən müzəffər ordumuz və onun peşəkarlığını bir kənara qoyuram. İran mollaları düşünürlərmi ki, əhalisinin yarıdan çoxu azərbaycanlıdır? İran ordusunun az qala 50-60 faizi azərbaycanlılardan ibarətdir. Siz heç xəyal edirsinizmi ki, bu azərbaycanlıların azı 70-80 faizinin ürəyi vahid vətən eşqi ilə çırpınır? Onlar hərəkətə gələndə siz qaçmağa yer tapmayacaqsınız. Mən hələ səninlə düşmən olan Amerikanı, İsraili, Böyük Britaniyanı demirəm. O cümlədən Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlərini nəzərə almıram. Ölkəni dünyadan təcrid halına gətirmisiniz, hamı tərəfindən pislənən, bəyanatlar yağdırılan diyara çevirmisiniz. Odur ki, təkcə xalqlar deyil, tarix də sizi lənətləyir. Əlbəttə, tarix fürsət verərək sizi iş başına gətirdiyi kimi iş başından da süpürüb ata bilər”.

Politoloq əlavə edib ki, Azərbaycan xüsusi təyinatlıların təlimləri İranın son addımlarına tutarlı cavabdır:

“Üstəlik bunun ardınca biz həmin bölgədə Türkiyə hərbçiləri, eləcə də Pakistan hərbçiləri ilə birgə təlim keçirə bilərik. Bir sözlə, Azərbaycan və onun strateji müttəfiqləri mollakratiya qarşısında öz gücünü nümayiş etdirə bilər. Bu halda görəcəyik kimin dizi daha çox əsəcək və tarixdən ibrət dərsi almağa məcbur olacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az