Türkiyənin gündəminə bomba kimi düşdü – Tansu Çillərlə bağlı şok iddia

Türkiyənin gündəminə bomba kimi düşdü – Tansu Çillərlə bağlı şok iddia

Uzun müddətdir siyasətdən uzaq olan Türkiyənin keçmiş baş naziri və Doğru Yol Partiyasının (DYP) lideri Tansu Çillərlə bağlı iddia ölkəsinin gündəminə bomba kimi düşüb.

Mediainfo.az xəbər verir ki, “Mənə ehtiyac olarsa, siyasətə qayıdacam” deyən Tansu Çillər yenidən siyasət səhnəsinə qayıdır.

Kiçik partiyalardan istədiyi cavabı ala bilməyən sabiq baş nazirin DYP-nin keçmiş təşkilat sədri Halil İbrahim Şahinlərlə yeni partiya qurduğu iddia edilib.

Çillər üçün qurulduğu iddia edilən yeni partiyanın adının Sağ Mərkəz Partiyası (MSP) olduğu bildirilir. Çillərin yeni partiya quruculuğunu tamamladığı, hətta “Anıtkabir”i ziyarət etdiyi də deyilir.

Sağ Mərkəz Partiyasının təsis ərizəsinin Daxili İşlər Nazirliyinə nə vaxt təqdim ediləcəyi maraq doğurur.

Tansu Çillərin yeni partiyasının emblemi:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az