Rusiya MDB və KTMT-nin dağılmasının əsasını qoydu

Rusiya MDB və KTMT-nin dağılmasının əsasını qoydu

Rusiyanın Ukraynada bataqlığa düşməsi aydın görünür. Əgər ağılları çatıb onları bu bataqlığa itəliyənləri görmədilərsə, öz günahlarıdır. İndi də çabaladıqca daha dərinə batırlar. SSRİ-ni bərpa etmək xülyası ilə Ukraynaya girən Rusiya artıq MDB-nin, KTMT-nin dağılmasının əsasını qoyub.

Mediainfo.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-faktonun işlək institut olmadığı ilk dəfə Ermənistanın həyasızlığından sonra üzə çıxdı:

“İndi isə Rusiyanın özü tərəfindən bilmədən də olsa “qətl” edilir. KTMT-nin nizamnaməsinə görə, təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa, bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdırlar. 40 gün öncə Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparojye, Donbas bölgəsini öz ərazisi elan etdi. Rusiyanın indiki Konstitutsiyasına görə həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına görə indi Rusiya “təcavüzə” uğrayıb, "işğala" məruz qalır, "əraziləri" atəşə tutulur, torpaq itkisi ilə üzləşir. Amma görünən odur ki, Rusiya öz müttəfiqləri olan KTMT bir qırağa, heç öz əhalisinə belə məsələn, Xersonun Rusiya torpağı olduğuna inandıra bilməyib. Kremlin əsl məğlubiyyəti məhz budur.

Moskvanın Ukraynanı işğal etməklə SSRİ-2 yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq. MDB-nin dağılması ilə post-sovet məkanında yeni ittifaqlar qurulacaq, bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı(TDT) ola bilər. Sabah Səmərqənddə TDT rəhbərlərinin toplantısı bu yolda atılacaq növbəti addım kimi dəyərləndirilməlidir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az