Skandal etiraf: “Moskvanın hədəfi Azərbaycan və Ermənistanı barışdırmaq yox…”

Skandal etiraf: “Moskvanın hədəfi Azərbaycan və Ermənistanı barışdırmaq yox…”

“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Soçidə keçirilən görüşün məqəsdi heç də əhatəli sülh müqaviləsinin imzalanması deyildi”.

Mediainfo.az xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən news.ru adlı saytda dərc olunan məqalədə bildirilir.

İnternet nəşri yazır ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü sensasiyalı və sülh müqaviləsinin hazırlanması prosesində nəzərəçarpacaq irəliləyiş olmadı:

“Görüşün əhəmiyyəti (Rusiya üçün) rəsmi razılaşmalar və ya imzalanmış sənədlər deyildi. Son iki ildə - 44 günlük Qarabağ müharibəsi başa çatdıqdan sonra Qərbdə Rusiyanı Qarabağ münaqişəsinin həlli prosesindən kənarlaşdırmaq tendensiyası müşahidə olunur.

Daha doğrusu, onun sülh prosesindəki rolunu mümkün qədər aşağılamaq və minimuma endirmək və ondan yan keçməklə, Bakı və İrəvanla danışıqlar aparmağa (Qərbdən) cəhdlər edilib. Fevralın 24-dən sonra bu, daha da gücləndi. Rusiyanın uzun müddətdir Ukraynada ilişib qaldığını və Cənubi Qafqazda aktiv siyasət aparmağa gücü çatmadığını nəzərə alsaq, həm ABŞ, həm də Avropa İttifaqı Rusiyanı geri itələmək üçün yeni cəhdlər edir. Bu fonda ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrda İrəvanda oldu. Bundan başqa, Türkiyə və İran kimi regionda öz aktiv gündəminə malik olan və Rusiyanın geri çəkiləcəyi və ya zəifləyəcəyi halda onun yerini tutmağa hazır olan ölkələri də unutmaq olmaz.

Ona görə də Soçi görüşünün mənası heç də Rusiyanın vasitəçiliyi ilə hərtərəfli sülh müqaviləsinin imzalanması deyildi. Məsələ budur ki, ilk növbədə Qərbə Moskvanın Qarabağ münaqişəsindən kənarda qala bilməyəcəyini göstərmək lazım idi. Və ilk növbədə, Rusiya sülhməramlılarının bölgədə olduğunu. Heç bir başqa ölkə o partlayıcı bölgəyə öz qoşunlarını göndərməyə hazır deyil”.

Məqalədə o da etiraf olunur ki, Rusiyanın bu gün üçün uzunmüddətli məqsədi hər iki tərəfin “sülhməramlılarının mandatı”nı 2025-ci ildən sonra da uzatmağa razılıq verməsidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az