Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 17:58
Türkiyə İsrailə səfir təyin edib.
Mediainfo.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc olunan fərmana əsasən Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub.
Şakir Özkan Torunlar 1982-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1983-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.
O, müxtəlif ölkələrdə səfir vəzifələrində çalışıb. 2008-2010-cu illərdə Banqladeşdə səfir, 2010-2014-cü illərdə isə Qüds baş konsulu vəzifəsində Fələstində səfir vəzifəsinin səlahiyyətlərini icra edib. Eyni zamanda 2017-ci ildən 2021-ci ilin mayına qədər Hindistanda səfir olub.