Putin bundan qorxduğuna görə sammitə getmir - Markov

Putin bundan qorxduğuna görə sammitə getmir - Markov

Ukraynada davam edən müharibəyə görə tənqid hədəfi olan Putin sui-qəsd ehtimalı və digər ölkələrin təzyiqindən xilas olmaq üçün bir çox dövlət başçısının qatılacağı sammitə getməkdən imtina edib.

Mediainfo.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

S.Markov iddia edib ki, Böyük Britaniya, ABŞ və ya Ukrayna xüsusi xidmət orqanları Putinə qarşı sui-qəsdə cəhd edə bilər:

“Bundan başqa, Rusiya prezidenti kameralar qarşısında hər hansı bir aktivistin hücumuna məruz qalıb yerə yıxılmaqdan da qorxur. Bəzi Qərb dairələrinin belə bir plan hazırladıqlarına da əminəm”.

Qeyd edək ki, Vladimir Putin noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak etməyəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az