“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
Misir Liviyaya müdaxilə edərsə, Türkiyə buna səssiz qalmayacaq.
Mediainfo.az xəbər verir ki, bunu Liviya Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Saleh Umeyş deyib.
“Liviya ilə Türkiyə arasında imzalanan hərbi müqavilə mövcud hökumətin qanuniliyi və qorunması üçün çox vacibdir. Çünki Tripolinin üsyançıların əlinə keçməsi an məsələsi idi. Ancaq Türkiyə ilə əldə olunan razılaşma çərçivəsində bu hücumların qarşısı alındı. Türk əsgərinin gücü Liviyada gedişatı dəyişdi.
Misirin Liviyaya müdaxiləsi fərqli formalarda da olsa 2014-cü ildən gündəmdədir. Mən inanmıram ki, Sisi ordusunu Liviyaya göndərsin. Ancaq Misir Liviyaya müdaxilə etsə, Türkiyə tərəfi tamaşaçı olmayacaq”, - XİN rəsmisi bildirib.
Mediainfo.az