“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
İraq Sərhəd Mühafizə Qüvvələri Türkiyə ilə sərhədə çoxlu sayda əsgər yerləşdirib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb.
Məlumata görə, Ərbil vilayətinə bağlı Sidekan rayonunun bələdiyyə sədri Ehsan Çələbi son 2 gündə İraqın Türkiyə ilə sərhədə qoşun yerləşdirdiyini təsdiqləyib:
“Qoşunlar bölgədə 6 təhlükəsizlik nöqtəsi yaratmaq üçün göndərilib. Ancaq PKK hərbi bazaların yaradılmasına qarşı çıxır. Məlumata görə, Türkiyə ilə sərhədə 500 hərbçi yerləşdirilib”.
Qeyd edək ki, türk PUA-larının sərhədə yaxın ərazidə İraq ordusunun 2 generalı və PKK terrorçularını vurması ilə bağlı məlumat yayılıb.
Mediainfo.az