“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
Liviyada qiyamçı Xəlifə Haftar 214 gündən sonra neft hasilatı ilə bağlı məhdudiyyəti ləğv edib.
Mediainfo.az xəbər verir ki, bunu Haftara bağlı “Neft yataqlarının mühafizəçiləri” adlı muzdlu qrupun lideri Nəci əl-Məğribi deyib.
“Haftar Liviya xalqının bir çox sahədə yaşadığı problemlərin sona çatdırılması, eyni zamanda neft yataqlarının infrastrukturunu qorumaq üçün limanlar və qurğuların yenidən açılması üçün göstəriş verdi”, - qrup lideri bildirib.
Qeyd edək ki, Haftar neftdən Liviya hökumətinə qarşı siyasi vasitə kimi istifadə etmək üçün yanvarın 18-dən limanları və yataqları bağlamışdı.
Mediainfo.az