“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
Son vaxtlarda Türkiyə ordusu İdlibdə hərbi fəallığını artırıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Türkiyədən Suriyaya keçən hərbi konvoyun sayı artırılıb.
Ötən gün İdlibə keçən Türkiyə hərbi konvoyu tank və digər ağır silahlardan ibarət olub.
Eyni zamanda, İdlibə yerləşdirilən Türkiyə artilleriyasının şəhərin cənubundakı təmas xəttində rejim mövqelərini müntəzəm olaraq ağır atəş altında saxladığı bildirilir.
Qeyd edək ki, rejim qüvvələri İdlibin cənubu ilə Hələb xəttinə əsgərlərini yığıb. Rejimin müxaliflərin nəzarət etdiyi bölgələrə hücum təşkil edəcəyi ehtimal edilir.
Mediainfo.az