
“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
Somalinin paytaxtı Moqadişoda Türkiyə hərbi təlim bazasına hücuma cəhd edilib.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyənin Somalidəki səfiri Məhməd Yılmaz deyib.
“Hadisə TURKSOM Hərbi Təlim Bazasında tələbə seçimi zamanı baş verib. İlkin məlumata görə, şübhəli şəxs izdihamın arasından ayrılaraq, içəri girməyə çalışıb.
O, Somali əsgərlərinin “dayan” xəbərdarlığına əməl etməyib və vurulub. Bu zaman partlayış olub. Nəticədə 1 mülki şəxs həyatını itirib”, - səfir bildirib.
Qeyd edək ki, hələlik hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
Mediainfo.az