Bəşşar Əsədin casusu Almaniyada həbs edildi

Bəşşar Əsədin casusu Almaniyada həbs edildi

Almaniya Federal Prokurorluğu Hesse federal əyalətində Suriyadakı Bəşşar Əsəd rejiminin hərbi kəşfiyyatında işləməkdə şübhəli bilinən Alaa M. adlı suriyalı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Oxuməni.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, o, insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinir.

Alaa M. iyunun 19-da Hessedə Federal Cinayət İdarəsinin əməkdaşları tərəfindən tutulsa da, məlumat iyunun 22-də yayılıb.

Prokurorluğun yaydığı açıqlamaya görə, Alaa M. Suriyanın hərbi kəşfiyyatına məxsus həbsxanalardan birində məhbuslara işgəncə verib. 2011-ci ilin noyabr ayında istintaq zamanı onun verdiyi işgəncə nəticəsində dindirilən şəxs bayılıb. Rejim əleyhinə aksiyada iştirak etmiş həmin şəxs "həkim"in verdiyi işgəncə nəticəsində həbsxanada ölüb.

Alaa M. 2015-ci ilin ortalarında Suriyanı tərk edərək Almaniyaya gedib və orada da həkim kimi işə düzəlib. Prokurorun ona qarşı iddiaları Suriyadakı rejim tərəfindən 2011-ci ilin payızında Homs şəhərində həbs olunan iki suriyalının ifadələrinə əsaslanır.

Alaa M. ona qarşı irəli sürülən ittihamları rədd edib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az