ABŞ-dan Haftara sərt xəbərdarlıq

ABŞ-dan Haftara sərt xəbərdarlıq

Liviya iqtisadiyyatını baltalayanlar və hərbi vəziyyəti gərginləşdirənlər izolyasiya ediləcək və sanksiya ilə üzləşəcəklər.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Liviya səfirliyinin Xəlifə Haftar ordusunun əməliyyatları ilə bağlı açıqlamasında deyilib.

"Əcnəbi ölkələrdə layihələndirilən Liviya Milli Ordusunun (Xəlifə Haftar) yaydığı ziddiyyətli mesajlar parlaq gələcək qurmaq istəyən liviyalılara zərər verməkdədir. Xəyal qırıqlığına səbəb olan bu təxribatlar səfirliyin Liviya Milli Razılıq Hökuməti və Nümayəndələr Məclisi ilə işləmək qətiyyətinə təsir etməyəcək", - deyə bildirilib.

Qeyd edək ki, dünən Liviya Milli Ordusu (LMO) irəli sürülən şərtlərin qəbul edilməyəcəyi təqdirdə nəzarətdə olan torpaqlardakı neftin hasil edilməyəcəyini bildirmişdi.

LMO-nun tələbinə görə, Liviyada neftdən gələn gəlir üçüncü ölkədə bank hesabında toplanmalı və Liviya Milli Bankı Haftar ordusunun tabeliyində olmalıdır.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az