“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
Suriyada Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qruplar İdlib istiqamətində hücuma cəhd edib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Müxalif mənbələrdən alınan məlumata görə, Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qruplar İdlibin Cəbəl əz-Zaviyə bölgəsində təxribata cəhd göstərib. Nəticədə müxaliflərlə rejim qüvvələri arasında silahlı qarşıdurma yaşanıb.
Qarşıdurma zamanı rejim qüvvələrinin çoxlu sayda itki verərək geri çəkildiyi bildirilib.
Qeyd edək ki, ötən həftə Türkmən dağında təxribata cəhd göstərən rejim qüvvələri çoxsaylı itki verərək geri çəkilmişdi.
Oxuməni.az